OĞRULAR MƏSULİYYƏTƏ CƏLB OLUNACAQLAR
Bakı, 21 dekabr (AZƏRTAC). Dekabrın 19-da S.Qədimova məxsus “Kamaz” və “Mercedes” markalı avtomaşınların dövlət qeydiyyat nişanlarını oğurlamış Yevlax rayon sakini Sənan Ağayev Binəqədi Rayon Polis İdarəsinin 4-cü bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuşdur.
Səbail rayonundakı Nizami küçəsində Bakı şəhər sakini Telman Qasımova məxsus mağazadan geyim əşyaları oğurlanmışdır. Səbail Rayon Polis İdarəsinin 39-cu bölməsinin əməkdaşları oğurluğu törətmiş Gəncə şəhər sakini Leyla Rzayevanı yaxalamışlar.
Dekabrın 18-də və 19-da A.Qəhrəmanova, Ç.Qasımova, M.Vəliyevə, V.Quliyevə, B.Babayevə, N.Xudayevə və onun qardaşı Namiqə məxsus avtomaşınlardan oğurluq etmiş Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Samir Musayev Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq məsuliyyətə cəlb edilmişdir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, faktlarla bağlı araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]