Oğrular saxlanılmışlar
Bakı, 26 oktyabr (AZƏRTAC). İyulun 23-də R.Qəmbərovun həyətindən inşaat materiallarını oğurlamaqda şübhəli bilinən Xırdalan şəhər sakini Ramin Səfərov Abşeron Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuşdur. R.Səfərovun Masallı rayon sakini Ceyhun Mahmudovla birgə iyun ayında R.Qəmbərovun həyətindən dəfələrlə tikinti materialları oğurlaması da müəyyən edilmişdir.
Beyləqan rayonunun Şirinsu adlanan ərazisində Şərur rayon sakini Fazil Əsgərov, Füzuli rayon sakinləri Şamil Hacıyev və onun qardaşı Yaşar istifadə olunmayan neft quyusunun metal borularını kəsərkən Beyləqan Rayon Polis Şöbəsi tərəfindən saxlanılmışlar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktlarla bağlı cinayət işləri açılmışdır, araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]