OĞRULAR TUTULMUŞDUR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bərdə rayon sakini Elvin Muradov və bu rayonun ərazisində müvəqqəti məskunlaşmış xocavəndli məcburi köçkün Amid Zeynalov Əzizbəyov Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində tutulmuşlar. Onlar sentyabrın 18-də “Araz-Avia” ticarət mərkəzində, Şağan qəsəbəsinin sakini Maisə Fərmanovaya qarşı zor tətbiq edərək qızıl əşyalarını soymağa cəhd göstərmişlər.
M.Rəsulzadə qəsəbəsində Ramil Zülfüqarova məxsus metalqəbuletmə məntəqəsindən 660 manat pul, 220 kiloqram mis və 1 ədəd fotoaparat oğurlamış Ucar rayon sakinləri Adəm Qəhrəmanov və Elşən Xəlilov Binəqədi Rayon Polis İdarəsi 7-ci bölməsinin işçiləri tərəfindən yaxalanmışlar.
Hər iki faktla bağlı cinayət işi açılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]