Oğrular və soyğunçular yaxalanmışlar
Bakı, 25 noyabr (AZƏRTAC). Noyabrın 23-də Q.Qarayev prospektindəki ticarət mərkəzində Bakı paytaxt sakini Pərvanə Heydərovaya məxsus mobil telefonu oğurlamış Beyləqan rayon sakini Azər Abbasov Nizami Rayon Polis İdarəsinin 24-cü bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuşdur.
Noyabrın 15-də Qalib Baxışova məxsus 15 baş qoyunu oğurlamış Kələğaylı kənd sakini Şəhriyar Gülmalıyev və Padar kənd sakini Ceyhun Adıgözəlov Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmışlar.
Noyabrın 23-də Şahzadə İlyasovaya qarşı zor tətbiq edərək mobil telefonunu ondan almış Köhnə Kotec qəsəbəsinin sakini, əvvəllər məhkum olunmuş Mürvət Quliyev Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuşdur.
Noyabrın 23-də E.Rüstəmova məxsus mobil telefonu oğurlamış Ucar şəhər sakini Qadir Tağıyev Ucar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanmışdır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktlarla bağlı cinayət işləri açılmışdır, araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]