OĞRULAR YAXALANMIŞDIR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsi 14-cü bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 18-dən 20-dək Maştağa qəsəbəsinin sakinləri İlham Məşədiyevə, Ramiz Məlikova, Akif Quluzadəyə və Ağaəli Manafova məxsus evlərdən 3 ədəd mobil telefon və 608 manat pul oğurlamış Denis Əliyev tutulmuşdur.
Baş Mühafizə İdarəsi və Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat nəticəsində 2-ci mikrorayonun ərazisində Laçın rayon sakini Ramiz Nəsibova qarşı zor tətbiq edərək 472 manat pulunu almış Samir Rüstəmov yaxalanmışdır.
Faktlarla bağlı cinayət işi açılmışdır, araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]