OĞRULAR YAXALANMIŞLAR
Bakı, 30 sentyabr (AZƏRTAC). Gəncə şəhərindəki “Nəhəng Daş” Ticarət Mərkəzində şəhər sakini Faiq Həsənova məxsus mağazadan 1 ədəd gödəkçə oğurlanmışdır. Gəncə Şəhər Polis İdarəsinin Nizami Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 8 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsində cəza çəkən Rövşən Məhərrəmov tutulmuşdur. Əməliyyat tədbirləri nəticəsində onun sentyabrın 28-də həmin ticarət mərkəzində Vüsal Ağayevə məxsus mağazadan da 1 ədəd kürk oğurlaması müəyyən edilmişdir.
Göygöl Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 27-də N.Əliyevin evindən və V.Abuzərova məxsus mağazadan oğurluq etmiş Balçılı kənd sakini, əvvəllər məhkum olunmuş Elxan Rüstəmov tututlmuşdur.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, hər iki faktla bağlı cinayət işi açılmışdır, araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]