OĞRULAR YAXALANMIŞLAR
Bakı, 20 noyabr (AZƏRTAC). Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları noyabrın 12-də S.Rüstəmovanın evindən oğurluq etmiş 1-ci Zabrat qəsəbə sakinləri Vitali Qocayevi və qardaşı Füzulni tutmuşlar.
Binəqədi rayonu R.Axundov küçəsində yaşayan Elnur Mirzəyevin evindən 860 manat oğurlanmışdır. Hadisəni törətmiş Binəqədi qəsəbə sakinləri Sərxan Həsənov və Rövşən Eyvazov Binəqədi Rayon Polis İdarəsinin 4-cü bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanmışlar.
Nəsimi rayonundakı Kliniki Tibbi Mərkəzin həyətində Masallı rayon sakini Ədalətdin Əhmədovun cibindən 20 manat və mobil telefon oğurlanmışdır. Hadisəni törətmiş Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş Vüqar Həsənov Nəsimi Rayon Polis İdarəsinin 20-ci bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuşdur.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, faktlarla əlaqədar araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]