OĞRULAR YAXALANMIŞLAR
Bakı, 24 dekabr (AZƏRTAC). Dekabrın 23-də Nizami rayonundakı İ.Məmmədov küçəsindən Bakı şəhər sakini Qərib Baxışova məxsus “VAZ-21011” markalı avtomaşın qaçırılmışdır. Hadisəni törətmiş Bakı şəhər sakini Elvin Şükürov Çevik Polis Alayı və Nizami Rayon Polis İdarəsinin 24-cü bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuşdur.
Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları isə dekabrın 20-də Samir Musayevlə birgə avtomaşınlardan oğurluq etmiş Sumqayıt şəhər sakini Gülmirzə Səfiyevi yaxalamışlar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, faktlarla bağlı araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]