Oğrular yaxalanmışlar
Bakı, 30 oktyabr (AZƏRTAC). Nərimanov rayonundan paytaxt sakini Azər Süleymanova məxsus “VAZ-2107” markalı avtomaşının təkərləri sökülərək oğurlanmışdır.
Nərimanov Rayon Polis İdarəsinin 17-ci bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar, Bakı şəhər sakini Mirzə İsmayılov və Şəmkir rayon sakini Rüfət Vəliyev yaxalanmışlar. Araşdırmalar zamanı onların oktyabrın 22-də Ehtiram Quliyevə, oktyabrın 27-də Mais Zahidova və Hümbət İmaməliyevə məxsus avtomaşınlardan oğurluq etmələri də müəyyən edilmişdir.
Oktyabrın 27-də Xanlar Mirzəyevə məxsus mağazadan oğurluq etməkdə şübhəli bilinən Corat qəsəbəsinin sakini Vüsal Quliyev Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuşdur.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktlarla bağlı cinayət işləri açılmışdır, araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]