OĞRULARI CİDDİ CƏZA GÖZLƏYİR
Bakı, 29 oktyabr (AZƏRTAC). Bakı şəhər sakini Rövşən Orucova məxsus mağazadan telefon oğurlamış Natiq Qurbanov Nəsimi Rayon Polis İdarəsinin 19-cu bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuşdur.
Vətəndaş Ə.Tağızadənin evindən oğurluq etmiş Sevinc qəsəbə sakinləri Taleh Məmmədov, Vüqar Cəfərov və Goranboy rayon sakini Abbas Heydərov Nizami (Gəncə) Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən tutularaq məsuliyyətə cəlb edilmişlər.
Sumqayıt şəhərində şəhər sakini Bəhruz Quliyevə məxsus “Petrol-100” yanacaqdoldurma məntəqəsindən 160 manat oğurlanmışdır.
Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları oğurluğu törətmiş şəhər sakini Elşad Məhərrəmovu yaxalamışlar.
Xırdalan şəhərində İmişli rayon sakini Namiq Balakişiyev Rəfayel Məmmədova məxsus mağazanın pəncərə şüşəsini sındırmağa cəhd göstərdiyi üçün Baş Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılmış və sonrakı araşdırmalar aparılması üçün Abşeron Rayon Polis Şöbəsinə təhvil verilmişdir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, faktlarla əlaqədar araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]