OĞRULUQ ÜSTƏ YAXALANMIŞLAR
Bakı, 14 aprel (AZƏRTAC). Aprelin 4-də Aydın Səfixanova və aprelin 5-də E.Bahəddinova məxsus mağazalardan oğurluq etməkdə şübhəli bilinən rayon sakinləri Əli Rəhmanov və əvvəllər məhkum olunmuş Rəsul İbrahimov Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuşlar.
Oğurluq etdiklərinə görə tutulmuş S.Abbasovun və Z.Əhmədovun Gürcüstan vətəndaşı Satseradze Zaza Valiqoviç ilə birgə 2009-cu ilin sentyabr ayında Moskva Dövlət Açıq Universitetinin Bakı Filialının rektorunun iş otağından 900 manat, habelə Ruslan Rəhmanova məxsus ofisdən 22.000 dollar oğurlamaları müəyyən edilmişdir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, faktlarla bağlı cinayət işləri açılmışdır, araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]