CƏMİYYƏT
Oğrunun digər cinayəti də üzə çıxmışdır
Bakı, 24 dekabr (AZƏRTAC). Xaçmaz rayonunun Armudpadar kənd sakini Tərlan Mikayılovun evindən qızıl əşyaları oğurlamış Qusar rayon sakini, əvvəllər məhkum olunmuş Renat Zahirov Baş Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdır.
Araşdırmalar zamanı R.Zahirovun Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olması da müəyyən edilmişdir.
Yasamal rayonunda isə naməlum şəxs rayon ərazisindəki Beynəlxalq Banka məxsus bankomatların birindən pul çıxarmağa köməklik göstərmək adı ilə paytaxt sakini 76 yaşlı Rəcəbəli Babayevin bankomat kartını almış və əvəzində başqa kart vermişdir.
Yasamal Rayon Polis İdarəsi tərəfindən ilkin əməliyyat-axtarış tədbirləri aparılır.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki,
faktlarla bağlı cinayət işi açılmışdır, araşdırma aparılır.