OĞUL ATASINI ÖLDÜRMÜŞDÜR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Şəki şəhərinin sakini Anar Qasımov münaqişə zəminində atası Məzahiri boğaraq öldürmüşdür.
Qatil şəhər polis şöbəsi əməkdaşları tərəfindən tutulmuşdur.
Yasamal rayonunun ərazisində Qazax rayon sakini Rasim Həşimov münaqişə zəminində həmyerlisi Əhməd Pirməmmədova ürək nahiyəsindən bıçaqla xəsarət yetirmişdir. Ə.Pirməmmədov xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmamışdır.
Hadisəni törətmiş R.Həşimovu rayonun polis əməkdaşları yaxalamışlar.
Hər iki faktla bağlı cinayət işi açılmışdır, araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]