Oğurluq hadisələri ilə bağlı araşdırma aparılır
Oğurluq hadisəsini etmiş Bakı şəhər sakinləri Altay Abdullayev, Şamo Bağırov və Sərxan Əliyev Baş Cinayət-Axtarış İdarəsinin və Xızı Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 23-də tutulmuşlar.
Ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların həmçinin iyunun 20-də Giləzi qəsəbəsindəki qeyd edilən MMC-yə məxsus 700 metr uzunluğunda mis naqili oğurlamaları da müəyyən edilmişdir.
İyunun 23-də “Sədərək” ticarət mərkəzində Nazilə Həsənovaya və Nicat Mirzəyevə məxsus mağazalardan müvafiq olaraq 1 yataq dəsti və 1 elektrik sobası oğurlayan, əvvəllər məhkum olunmuş Lənkəran şəhər sakini Fariz Nağıyev və Bakı şəhər sakini Camaləddin Məmmədov Baş Mühafizə İdarəsinin və Qaradağ Rayon Polis İdarəsinin 10-cu bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yaxalanmışlar.
Xəbər verildiyi kimi, iyunun 8-də Qorxmaz Abdullayevə məxsus mağazadan 1 ədəd noutbuk oğurlanmışdır.
Oğurluq hadisəsini törətmiş Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Sənan Hacıyev və Fuad Əfəndizadə Bakı Şəhər Baş Polis İdarəsinin və Sabunçu Rayon Polis İdarəsinin 13-cü bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 23-də saxlanılmışlar.
F.Əfəndizadənin üstünə baxış zamanı 0,187 qram heroin götürülmüşdür.
Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları isə Rasim Hüseynovun evindən 550 manat və məişət əşyaları oğurlamış, Nurəddin Hüseynovun evindən isə oğurluğa cəhd göstərmiş Bakı şəhər sakini İntiqam Balayevi iyunun 23-də məsuliyyətə cəlb etmişlər.
İyunun 23-də Biləsuvar şəhərində Səttərxan İsmayılzadəyə məxsus mağazadan 600 manat və 300 manat dəyərində danışıq kartları oğurlanmışdır.
Oğurluğu törətmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ramil Hacıyev Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində tutulmuşdur.
R.Hacıyevə məxsus “VAZ-2107” markalı avtomaşına baxış zamanı 0,677 qram heroin, 3 ədəd müxtəlif ölçüdə bıçaq və digər əşyalar aşkar edilərək götürülmüşdür.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktlarla bağlı cinayət işi açılmışdır.