Oğurluq hadisələrinin üstü açılmışdır
Bakı, 22 oktyabr (AZƏRTAC). Oktyabrın 20-də Firdovsi Əhmədova məxsus mağazadan oğurluq etməkdə şübhəli bilinən Sumqayıt şəhər sakinləri Ravil Cəfərov və Ramil Əhmədov Baş Mühafizə İdarəsi və Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuşlar.
Aparılmış əməliyyat tədbirləri nəticəsində onların oktyabrın 18-də Sumqayıt şəhər sakini Təvəkkül Hüseynova məxsus aptekdən dərman pereparatları, habelə oktyabrın 20-də Bakı şəhərinin Naxçıvanski küçəsindəki bazarda paytaxt sakini Mələk Əmrahovaya məxsus içərisində 42 manat pul, mobil telefon və bankomat kartı olan çantanı oğurlamaları da müəyyən edilmişdir.
Oktyabrın 20-də Vüqar İsgəndərova məxsus avtomaşından oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Baba Quliyev Qaradağ Rayon Polis İdarəsinin 10-cu polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanmışdır.
İyunun 11-də Elbəy Mirzəbəyova məxsus avtomaşından oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Bəxtiyar Baxşəliyev Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmışdır.
Oktyabrın 10-da Rüstəm Rüstəmovun mənzilindən oğurluq etməkdə şübhəli bilinən şəhər sakini Ənvərpaşa Qasımov Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuşdur.
Oktyabrın 21-də Gəncə şəhəri ərazisində şəhər sakini Rəşad Qasımova məxsus mağazadan məişət əşyalarını oğurlamaqda şübhəli bilinən şəhər sakini Fuad Məmmədov, Tərtər rayon sakini Pərvanə Əliyeva və Gədəbəy rayon sakini Validə Musayeva Kəpəz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanmışlar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktlarla bağlı araşdırma aparılır.