Oğurluq hadisələrinin üstü açılmışdır
Bakı, 9 iyul (AZƏRTAC). İyulun 7-də Buzovna qəsəbəsində “Azimport” MMC-yə məxsus 12 ton armaturun oğurlanmasına cəhd göstərilmişdir.
Oğurluğa cəhd göstərmiş cinayətkar dəstənin üzvləri “MAZ” markalı avtokranın sürücüsü, Qazax rayon sakini Əli Xalsayev, “KamAZ” markalı avtomaşının sürücüsü, Neftçala rayon sakini E.Bağırov və sərnişini T.İbrahimov Xəzər Rayon Polis İdarəsinin 2-ci bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 8-də tutulmuşlar.
İyulun 4-də Yuxarı Bucaq kənd sakini Sadıq İsayevə məxsus 9 baş qoyunu həyətindən oğurlamaqda şübhəli bilinən rayon sakini Elgün Fətəliyev Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanmışdır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktlarla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]