Oğurluq hadisələrinin üstü açılmışdır
Bakı, 8 avqust (AZƏRTAC). Yasamal rayonunda Səxavət İbrahimovanın evindən fotoaparat və qızıl əşyalar oğurlanmışdır.
Hadisəni törətmiş şəhər sakini, əvvəllər məhkum olunmuş Nazim Eyvazov Yasamal Rayon Polis İdarəsinin 28-ci bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 7-də tutulmuşdur.
Cari ilin son 4 ayı ərzində Tovuz rayon sakinləri Asif Əliyevin 13 baş, Rəhim Ələsgərovun 12 baş və Fərman Rəhimovun 16 baş qoyunu oğurlanmışdır.
Hadisəni törətmiş, əvvəllər məhkum olunmuş, Tovuz rayon sakinləri İntiqam Səmədov, Tofiq Əlişov, Sabir Ağabalayev və Abşeron rayon sakini Musa Əliyev Tovuz və Ağstafa Rayon Polis Şöbələrinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 7-də yaxalanmışlar.
Xəbər verildiyi kimi, iyulun 22-də N.Nərimanov küçəsindəki 23 saylı binanın damından “Virgina” Anten Televiziya Kabel Xətti kiçik müəssisəsinə məxsus işlək vəziyyətdə olan 31,5 metr kabel oğurlanmışdır.
Oğurluğu törətmiş şəhər sakini, əvvəllər məhkum olunmuş Səbuhi Allahverdiyev Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 7-də tutulmuşdur.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktlarla bağlı araşdırma aparılır.