OĞURLUQ ÜSTƏ SAXLANILMIŞLAR
Bakı, 29 sentyabr (AZƏRTAC). Sentyabrın 27-də E.Məmmədova məxsus mağazadan oğurluq etməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Cavid Zamanov şəhər polis idarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuşdur.
Sentyabrın 18-dən 28-dək olan müddət ərzində Q.Qarayev prospektində paytaxt sakini İlqar Həsənova məxsus mağazadan ərzaq məhsulları oğurlanmışdır. Nizami Rayon Polis İdarəsinin 25-ci bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Samir Əliyev və Rüfət Əliyev məsuliyyətə cəlb edilmişlər.
Avqustun 30-da Mila İsayevaya məxsus mağazadan oğurluq etməkdə şübhəli bilinən Tural Məmmədov Xəzər Rayon Polis İdarəsinin 3-cü bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmışdır.
İyulun 7-də F.Xasıyevə, avqustun 30-da Ç.Novruzova və sentyabrın 11-də M.Hüseynova məxsus mağazalardan oğurluq etməkdə şübhəli bilinən paytaxt sakini Ramiz Həsənov Sabunçu Rayon Polis İdarəsinin 15-ci bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuşdur.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktlarla bağlı cinayət işi açılmışdır, araşdırma aparılır.