OĞURLUQ ÜSTƏ YAXALANMIŞLAR
Bakı, 2 aprel (AZƏRTAC). Şəki şəhərində yerli sakin Sərxan Şirinova məxsus mağazadan 30 manat pul, danışıq kartları və tütün məmulatları oğurlanmışdır. Şəki Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakini Zaur Rəşidov tutulmuşdur.
Martın 31-də R.Hüseynova məxsus avtomaşından oğurluq etməkdə şübhəli bilinən Gəncə şəhər sakini Ərəstun Məmmədov
şəhər polis idarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanmışdır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, faktlarla bağlı cinayət işi açılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]