OĞURLUQ ÜSTÜNDƏ TUTULMUŞLAR
Bakı, 22 oktyabr (AZƏRTAC). Ticarət Mərkəzində Gürcüstan vətəndaşı Oqtay Əmiraslanova məxsus mağazadan 400 manat, 100 dollar və qızıl əşyaları oğurlanmışdır. Hadisəni törətmiş Bakı şəhər sakini Təhminə Əlizadə Qaradağ Rayon Polis İdarəsinin 10-cu bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuşdur.
Beynəlxalq Avtovağzalda Sumqayıt şəhər sakini Zaur Məmmədovun mobil telefonunu oğurlamış Əkbər Teymurov tutulmuşdur.
Lökbatan qəsəbəsinin sakini Səməndər Allahverdiyevin evindən 1 kompyuter və 1 videomaqnitofon oğurlanmışdır. Hadisəni törətmiş Lökbatan qəsəbəsinin sakinləri Rəfayel Məmmədov və əvvəllər məhkum olunmuş Samir Hüseynov Qaradağ Rayon Polis İdarəsinin 10-cu bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanmışdır.
Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları oktyabrın 19-da Vüsalə Sadıxovanın evindən oğurluq etmiş Sumqayıt şəhər sakini Aynur Hüseynovanı tutaraq məsuliyyətə cəlb etmişlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, faktlarla bağlı araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]