OĞURLUQ ÜSTÜNDƏ TUTULMUŞLAR
Bakı, 13 noyabr (AZƏRTAC). Q.Məmmədovun evindən oğurluq etmiş Əliabad qəsəbə sakini Kənan Məmmədov Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuşdur.
Zakir Həsənovun evindən oğurluq etmiş Gəncə şəhər sakini Sərxan Rzayev Nizami (Gəncə) Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanmışdır.
Buzovna qəsəbəsinin sakini Füzuli Məlikovun evindən DVD və geyim əşyaları oğurlanmışdır.
Əzizbəyov Rayon Polis İdarəsinin 2-ci bölməsinin əməkdaşları oğurluğu törətmiş Kənan Məmmədovu tutmuşlar.
Böyükşor lokomotiv deposundan 3 pnevmatik sarğı, 4 kontakt birləşdirici və elektrovozun hissələrini sökərək oğurlamağa cəhd göstərmiş Bakı şəhər sakinləri Gilanə Səfərova və Gülyanaq Əhmədova Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışlar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, faktlarla əlaqədar araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]