OĞURLUQ ÜSTÜNDƏ YAXALANMIŞLAR
Bakı, 26 fevral (AZƏRTAC). Fevralın 23-də “Dadlılar” MMC-nin xəzinəsindən 84 manatı oğurlamaqda şübhəli bilinən təşkilatın meneceri Elmir Əliyev Yasamal Rayon Polis İdarəsinin 29-cu bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuşdur.
2009-cu il sentyabrın 12-də Araz Abdurrəhmanova məxsus sexdən oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Əvəz Əliyev Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən yaxalanmışdır.
Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları oğurluq etdiyinə görə tutulmuş Elşad Əliyevin ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun yanvarın 7-də Dünyamalı Mehdiyevin və yanvarın 22-də Rasim Ağasiyevin mənzillərindən də oğurluq etməsini müəyyən etmişlər.
Gəncə şəhəri Nizami Rayon Polis Şöbəsinin əməkdaşları oğurluq etdiyinə görə tutulmuş Elvin Mirzəyevin ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində, onun fevralın 22-də Namiq Orucovun evindən oğurluq etməsini müəyyən etmişlər.
Faktlarla bağlı araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]