CƏMİYYƏT
Oğurluqda şübhəli bilinən şəxslər məsuliyyətə cəlb edilmişlər
Bakı, 24 yanvar (AZƏRTAC). Zığ quru yük limanının ərazisindəki qaldırıcı qurğudan 13 ədəd elektrik sarğısı oğurlanmışdır.
Oğurluqda şübhəli bilinən paytaxt sakini Vitali Əmiraslanov Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmışdır.
Yanvarın 22-də paytaxt sakini Elşən Məmmədovu qarət etmiş Bakı sakini Elturan Yusibov Suraxanı Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanmışdır.
Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları isə rayon sakini Natiq Ələkbərova məxsus “VAZ-2106” markalı avtomaşından oğurluğa cəhd göstərmiş Kamil Təhməzovu saxlamışlar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktlarla bağlı cinayət işi açılmışdır, araşdırmalar davam etdirilir.