OĞURLUQLARIN ÜSTÜ AÇILMIŞDIR
Bakı, 19 fevral (AZƏRTAC). Fevralın 17-də Nərimanov rayonunun Səməd Vurğun küçəsindəki 140 nömrəli evin qarşısında paytaxt sakini Elnur Qəhrəmanova məxsus “VAZ-2107” markalı avtomaşından 2 səsgücləndirici oğurlanmışdır. Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakini Akif Gözəlov tutulmuşdur. A.Gözəlovdan 0,214 qram heroin aşkar edilərək götürülmüşdür.
Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşları tərəfindən oğurluq etdiyinə görə tutulmuş M.İslamovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun əvvəllər Biləcəri Dəmir Yolu Stansiyasının ərazisindən və Biləcəri-Heybət mənzilindən oğurluq etməsi də müəyyənləşmişdir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, faktlarla bağlı cinayət işi açılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]