Oğuzda baş vermiş yanğın söndürülüb
Bakı, 10 avqust (AZƏRTAC). Bir neçə gün əvvəl Şahdağ Milli Parkının Oğuz meşəbəyliyinin 8-ci dolayında yüksək dağlıq ərazidə baş vermiş yanğın avqustun 10-da Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirlikləri əməkdaşlarının ciddi səyləri nəticəsində söndürülüb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yanğının baş verdiyi ərazi yüksək dağ massivində yerləşdiyindən yanğınsöndürən maşınların əraziyə cəlb edilməsində problemlər yaranıb. Yanğının qarşısının alınmasında əsasən əl əməyindən və Fövqəladə Hallar Nazirliyinin helikopterlərinin köməyindən istifadə edilib.
Bir-birindən aralı məsafələrdə yerləşən kiçik sahələrdə baş vermiş yanğın közərtilər də daxil olmaqla, ümumilikdə, 20 hektara yaxın ərazini əhatə edib və nəticədə 8 hektar ərazidə quru ot və kol örtüyünə ziyan dəyib.
Yanğın təhlükəsinin ciddiliyi ilə əlaqədar ETSN-in müvafiq qurumları fövqəladə iş rejiminə keçib və nazirliyin 300 nəfərdən artıq əməkdaşı, o cümlədən müvafiq departament rəhbərləri və işçi qüvvəsi artıq bir neçə gündür ki əraziyə cəlb olunub.
Havaların isti və quraq keçməsi ilə əlaqədar ETSN əhalini təbiət qoynunda olarkən odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.11.2026 [17:41]
Nigar Arpadarai: Azərbaycan nümayəndə heyəti COP31-ə töhfə verməyə çalışır
- 12.11.2026 [16:41]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 12.11.2026 [15:53]
ETSN: Ceyranlar və Bezoar keçiləri tarixi areallarına qaytarılır
- 12.11.2026 [12:32]
COP31-də müzakirələr davam edir
- 12.11.2026 [12:30]
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycan şahmatçıları Avropa çempionatında daha iki medal qazanıblar
- 12.11.2026 [23:58]
Türkiyə millisi Belçikaya məğlub olub
- 12.11.2026 [23:36]
Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq
- 12.11.2026 [23:12]
Toral Bayramov: Sabah qələbə qazanaraq xalqımızı sevindirmək istəyirik
- 12.11.2026 [22:21]
Qaradağ rayonunda Konstitusiya Günü ilə bağlı dəyirmi masa keçirilib
- 12.11.2026 [21:23]
Türkiyədə helikopter qəzaya uğrayıb, 4 hərbçi şəhid olub
- 12.11.2026 [20:57]
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub
- 12.11.2026 [20:54]
Azərbaycanın gənc gimnastı dünya çempionatında gümüş medal qazanıb
- 12.11.2026 [20:43]
ABŞ Prezidentinin nümayəndələri Moskvadan Dublinə uçublar
- 12.11.2026 [20:31]