CƏMİYYƏT
Oğuzda “Gənclərə vətənpərvərlik ruhunun aşılanması” layihəsinin icrasına başlanılıb
Bakı, 31 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Oğuz rayonunda “Gənclərə vətənpərvərlik ruhunun aşılanması” layihəsinin icrasına başlanılıb.
AZƏRTAC xəbər verir ki, üç ərzində həyata keçiriləcək layihənin əsas məqsədi gənclər arasında vətənpərvərlik ideyalarını təbliğ etmək, onları işğal altındakı torpaqlarımızın azad olunması uğrunda mübarizəyə mənəvi cəhətdən hazırlamaq, Vətənimizin azadlığının və təhlükəsizliyinin hər bir gəncin ölkəsinə bağlılığından, xalqına sevgisindən asılı olduğu düşüncəsini aşılamaqdır.
Layihə çərçivəsində rayonun bir neçə orta məktəbində maarifləndirmə tədbirlərinin keçirilməsi nəzərdə tutulur. Tədbirlərdə iştirakçılara qeyd olunan istiqamətlər barədə ətraflı məlumat veriləcək, müxtəlif əyani vəsait paylanılacaq.