REGİONLAR
Oğuzda gənclərin könüllülük festivalına yekun vurulub
Oğuz, 3 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
“İrəli” İctimai Birliyinin Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Oğuz şəhərində təşkil etdiyi “SAY: Volunteerinq Festival” (Könüllülük festivalı) layihəsi uğurla başa çatıb.
İctimai Birliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, proqrama uyğun olaraq, layihənin dördüncü günü gənclər “Bakı-2017” İslam Həmrəylik Oyunları Əməliyyat Komitəsinin rəhbəri Elçin Səfərovla görüşüblər. Maraqlı keçən görüşdə gənclərin bir sıra məsələlərlə bağlı sualları cavablandırılıb. Azərbaycan Atıcılıq Federasiyasının festival iştirakçıları üçün təşkil etdiyi təlim-məşq tədbirləri də maraqlı və yaddaqalan olub.
Layihənin beşinci günü isə könüllülük festivalının bağlanış mərasimi keçirilib, iştirakçılara şəhadətnamələr təqdim edilib.