Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Oksford Universiteti nəzdində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin fəaliyyəti rəsmən Oksford Universitetinin saytında tanınıb

Bakı, 5 may, AZƏRTAC

Mayın 5-də M.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialında Oksford Universiteti nəzdində Nizami Gəncəvi adına Azərbaycanşünaslıq və Qafqazşünaslıq Mərkəzinin fəaliyyəti ilə əlaqədar tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, dövlət və hökumət rəsmilərinin, Milli Məclisin deputatlarının, elm və ictimaiyyət xadimlərinin iştirak etdikləri tədbiri MDU-nun Bakı filialının rektoru, professor Nərgiz Paşayeva açıb. Bildirib ki, tədbirin əsas məqsədi 2013-cü ildən başlanan çox uğurlu, məsuliyyətli, eyni zamanda, şərəfli bir layihənin - Oksford Universiteti nəzdində Nizami Gəncəvi adına Azərbaycanşünaslıq və Qafqazşünaslıq Mərkəzinin yaradılması ilə bağlı proqramın növbəti mərhələsini təqdim etməkdir. Mərkəzin rəsmi vebsaytının İngiltərənin Oksford Universitetinin saytına yerləşdirildiyini və bununla da rəsmən tanındığını deyən professor Nərgiz Paşayeva bu münasibətlə tədbir iştirakçılarını təbrik edib.

Xatırladaq ki, proqramın ideyası 2013-cü ildə professor Robert Hoylandın Azərbaycana arxeoloji tədqiqat obyektləri ilə tanışlıq məqsədi daşıyan səfəri zamanı professor Nərgiz Paşayeva ilə görüşü nəticəsində meydana gəlib.

Mərasimdə Nərgiz Paşayeva mərkəzin fəaliyyətində nəzərdə tutulan beş əsas istiqamət haqqında geniş məlumat verib. Qeyd edib ki, birinci istiqamət onun hələ 2013-cü il dekabrın 28-də Oksford Universitetinin şərqşünaslıq fakültəsinin alimləri qarşısında çıxışı zamanı söylədiyi “Azərbaycanın iki qürur mənbəyi varsa, bunlardan biri Nizami Gəncəvidir” fikrinə sübut olaraq, Yevgeni Bertelsin “Nizami - böyük Azərbaycan şairi” əsərinin ingilis dilinə tərcüməsi və nüfuzlu elm ocağında nəşr edilməsi olacaq.

Rektorun sözlərinə görə, ikinci istiqamət kimi qədim xristian çarlığı - Qafqaz Albaniyasının paytaxtı Bərdə şəhərində Oksford Universitetinin alimləri tərəfindən arxeoloji qazıntıların aparılması nəzərdə tutulur. Layihənin rəhbəri - qədim islam tarixi üzrə dünyada tanınmış alimlərdən olan professor Robert Hoyland bu məsələyə xüsusi önəm verir. Qazıntıların nəticəsi beynəlxalq elmi ictimaiyyətə məhz Azərbaycanın qədim tarixi kimi təqdim ediləcək. Ermənistanın Dvin şəhərinin hələ 1937-ci ildən muzey kimi fəaliyyət göstərdiyini diqqətə çatdıran professor Nərgiz Paşayeva Bərdə və Qafqaz Albaniyasının başqa şəhərlərinin öz qədim irsi və zəngin tarixi ilə dünyanın elmi ictimaiyyətinə daha zəngin məlumat verə biləcəyini vurğulayıb.

Mərkəzin fəaliyyətinin üçüncü istiqaməti Azərbaycan ərazisində qədim şəhərlərin olduğu yerlərdə sovet dövründə və ondan sonra aparılan arxeoloji qazıntıların ilkin xəritəsinin hazırlanmasıdır. Xəritə mərkəzin rəsmi vebsaytında yerləşdiriləcək və elmi tədqiqatlar üçün dəyərli mənbə olacaq.

Dördüncü istiqamət Mərkəz tərəfindən ildə bir neçə dəfə konfrans və seminarlar keçirilməsidir. Bu barədə məlumat verən rektor Nərgiz Paşayeva deyib: “İlk konfransımız Oksford universitetinin şərqşünaslıq fakültəsində iyun ayında olacaq. Bu tədbir ilk dəfə Oksford Universitetinin, habelə dünyanın aparıcı ali məktəblərinin qafqazşünas alimlərini bir araya gətirəcək. Məsələn, bu alimlərin sırasında Qafqaz Albaniyasının kilsə arxitekturası ilə bağlı dəyərli elmi işi olanlar var. Lakin onlar heç vaxt azərbaycanşünaslıq çətiri altına gətirilməmiş, öz işlərini daha çox Ermənistanın qədim tarixinə aid konfrans və seminarlarda təqdim etmişlər”.

Mərkəzin fəaliyyətində beşinci istiqamət isə professor Nərgiz Paşayevanın yaratdığı Elmə və Təhsilə Dəstək Fondunun maliyyə vəsaiti ilə Azərbaycan alimlərinin Oksford Universitetinin şərqşünaslıq fakültəsində təhsili üçün imkanların yaradılmasıdır. Professor Nərgiz Paşayeva ölkəmizi Oksford Universitetinin şərqşünaslıq fakültəsində təmsil edən ilk azərbaycanlı alimdir. Bu təmsilçilik qədim tariximizin məhz müasir Azərbaycana məxsusluğunu göstərmək, elmi yolla sübut etmək məqsədi daşıyır.

Nizami Gəncəvi adına Azərbaycanşünaslıq və Qafqazşünaslıq Mərkəzi tərəfindən üç magistr və üç aspirantı əhatə edən təhsil proqramı, habelə Nizami Gəncəvi adına təqaüdlərin verilməsi də nəzərdə tutulur.

Bu il Oksford Universitetinin elmi tədqiqata görə dünya universitetləri sırasında birinci yerə layiq görüldüyünü diqqətə çatdıran Nərgiz Paşayeva deyib: “Bu universitetin şərqşünaslıq fakültəsinin apardığı elmi tədqiqat dünyanın digər ali məktəbləri üçün bir örnəkdir. Qərb dünyasının bu ən nüfuzlu tədris ocağında hər hansı həqiqəti dünyaya çatdırmaq istəyən xalq, əvvəlcə öz qədim və zəngin keçmişini ortalığa çıxarmalı, əsaslı elmi işlər aparmalı, ciddi və zəhmətkeş tələbələr yetişdirməli və yalnız bundan sonra dünyada elm sahəsində mövqe tutub, söz deməyi bacara bilər”.

Hələ ötən əsrin ortalarında Oksford Universitetində Qalust Gulbenkyan tərəfindən şərqşünaslıq fakültəsində erməni tarixinin, mədəniyyətinin və dilinin tədrisi üçün maliyyə vəsaiti ayrılmışdı. Bunun nəticəsidir ki, bu gün erməni dili, tarixi və mədəniyyəti universitetdə dərindən öyrənilir, onun Bodleyn kitabxanasında müvafiq sahə üzrə zəngin materiallar mövcuddur. Həmçinin qədim tariximiz, xüsusilə Qafqaz Albaniyasının tarixi məhz erməni tarixi kontekstində öyrədilib və tədris edilib. Oksford Universiteti nəzdində Nizami Gəncəvi adına Azərbaycanşünaslıq və Qafqazşünaslıq Mərkəzinin bu yanlışlıqların aradan qaldırması, Azərbaycanın qədim və zəngin tarixinin dünyaya düzgün çatdırılması məqsədilə yaradıldığını vurğulayan Nərgiz Paşayeva deyib: “Biz, əlbəttə, XX əsrin ortalarında deyil, 2015-ci ildəyik və beləliklə, Oksford Universitetinə gəlişimiz yarım əsr gecikib. Lakin həqiqət bizim tərəfimizdədir və birgə səylərimiz nəticəsində bu işi tez bir zamanda görə bilərik”.

Nizami Gəncəvinin Bodleyn kitabxanasının əlyazmalar fondunda saxlanılan “Xəmsə”sinin XVI əsrdə tərtib olunmuş əlyazmasının elektron versiyasından nəfis tərtibatda hazırlanmış nüsxə AMEA-nın kitabxanasına hədiyyə edilib. Xatırladaq ki, bu elektron versiya 2013-cü ildə professor Nərgiz Paşayevaya Bodleyn kitabxanasında verilib.

Baş nazirin müavini Elçin Əfəndiyev, AMEA-nın prezidenti, akademik Akif Əlizadə çıxışlarında Azərbaycanın dünyada təbliğində Mərkəzin fəaliyyətinin əhəmiyyətini vurğulayıb və bu proqram üzrə çalışan alimlərə uğurlar arzulayıblar. Qeyd olunub ki, Kanadada və ABŞ-ın paytaxtı Vaşinqton şəhərində azərbaycanşünaslıq üzrə mərkəzlər yaratmaq cəhdləri olsa da, bu, uğursuzluqla nəticələnib. Oksford Universiteti nəzdində Nizami Gəncəvi adına Azərbaycanşünaslıq və Qafqazşünaslıq Mərkəzi bu gün Azərbaycan ərazisində mövcud olan qədim mədəniyyət və dilləri öyrənmək məqsədilə yaradılmış yeganə elmi mərkəzdir.

Mərkəz haqqında ətraflı məlumatı Oksford Universitetinin şərqşünaslıq fakültəsinin www.orinst.ox.ac.uk/research/nizami-ganjavi/ saytından əldə etmək olar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Sumqayıt” heç-heçə rekordunu təkrarlayıb

Qanada britaniyalıların müstəmləkəçilik dövründə talan etdikləri ləl-cəvahirat sərgisi açılıb

Denis Şmıqal: Qərb Ukraynaya qoşun göndərsə, minnətdar olarıq

Braziliyada daşqınlar: 78 nəfər həlak olub, 105 nəfər itkin düşüb

UNESCO: Qlobal ekoloji məsələləri işıqlandıran jurnalistlərin 70 faizi hücuma məruz qalıb

Nizami Cəfərov: Ortaq türk əlifbasının yaradılması istiqamətində aparılan işlər zamanın tələbidir

Binəqədi rayonunda “Makarov” tapançası satmaq istəyən şəxs saxlanılıb

Faktiki hava: Şahdağa və Gədəbəyin dağlıq ərazilərinə qar yağıb

“Qarabağ” yeni rekorda imza atıb

Bakı metrosunda QR bilet istifadəçilərinin sayı 45 faizə yaxın artıb

AMEA-nın prezidenti: Türk dövlətlərinin ortaq əlifbasının yaradılması dövrün və zamanın çağırışıdır

“Neftçi” 10 ildən sonra antirekordunu təkrarlayıb

DİN: Həftə sonunda 2 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Cənub bölgəsinin bir sıra rayon və kəndlərində elektrik enerjisinin verilişi müvəqqəti məhdudlaşdırılır

Türk Dilçilik Cəmiyyətinin prezidenti: Hazırda tarixi anlar yaşayırıq

Bakının kənd və qəsəbələri arasında minifutbol turnirində finala çıxan komandalar bəlli olub

Madonnanın pulsuz konsertinə 1,6 milyon nəfər gəlib

Şirvan-Salyan üzrə riyaziyyat-məntiq olimpiadası və fənn müsabiqələrinin yarımfinal mərhələsi keçirilib

Monqolustanda meşə yanğınları artır

Ali məktəblərə qəbul imtahanının I cəhdində iştirak etmək istəyən abituriyentlərin qeydiyyatı başa çatır

Premyer Liqa: “Səbail” turun son oyununda autsayderi qəbul edəcək

Energetika naziri Ağcabədidə vətəndaşlarla görüşəcək

Moskva Dövlət Universitetinin Bakı filialı magistraturaya qəbul elan edir

Türk Akademiyasının prezidenti: Ortaq əlifbanın yaradılması istiqamətində səylərimizi davam etdiririk

Dünya birjalarında neft bahalaşıb

Bakıda Türk Dünyası Birgə Əlifba Komissiyasının ikinci iclası keçirilir

Bu gün akademik Rəfiqə Əliyevanın anım günüdür

Avtomobillə narkotik daşıyan şəxslər saxlanılıb

Avstraliyada müştəriləri aldadan aviaşirkət cərimələnib

“Telegram”da fişinq mənbələrinin sayı artıb

A Seriyası: "Roma" - "Yuventus" oyununda qalib müəyyənləşməyib

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Almaniyada hərbi zavodda yanğını nəzarət altına almaq mümkün olmayıb

Zəhərli ilanların yaşayış arealı böyüyür

Gəmilərdə atom saatı quraşdırılacaq

Vyetnamda anomal istilər ekoloji fəlakətə səbəb olub

ADPU-nun Psixoloji-pedaqoji xidmət laboratoriyasında “Açıq qapı” günü keçirilib

Nazir: Rusiyanın enerji infrastrukturuna son hücum dalğası Ukraynaya 1 milyard dollardan artıq ziyan vurub

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib

Superliqa: "Qalatasaray" çempionluq yolunda vacib qələbə qazanıb

Hacıqabulda ağacəkmə aksiyası zamanı 200 ting əkilib

Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq

İngiltərə Premyer Liqası: “Liverpul” “Tottenhem”i məğlubiyyətə uğradıb

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulub

Türkiyənin Pakistandakı səfiri İƏT Baş katibinin xüsusi nümayəndəsi təyin edilib

Premyer Liqa: “Sabah” “Araz-Naxçıvan”ı minimal hesabla məğlub edib

Dünya Kuboku: Qadınlar və kişilər arasında stend atıcılığının səngər növündə qaliblər bəlli olub

Xarkovun mərkəzi atəşə tutulub, yaralılar var

“Togg” Türkiyənin elektrik mühərrikli avtomobil bazarında lider olub

Quba Regional Elmi Mərkəzinin Kitabxanasının açılışı olub

“Zirə” Premyer Liqada ikinci pilləyə yüksəlib

Gürcüstanın pravoslav xristianları Pasxa bayramını qeyd edirlər

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib VİDEO

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb

Avropa Kuboku: Azərbaycan gimnastı gümüş medal qazanıb VİDEO

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı marafonu 2024” başa çatıb 

Sabunçuda arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı cinayət işi başlanılıb

Parisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş tədbir keçirilib

Avropa Kuboku: Azərbaycanın qrup hərəkətləri komandası növbəti dəfə bürünc medal qazanıb

Sabunçuda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İstismar müddətini başa vurmuş Cavanşir körpüsü hərəkət iştirakçıları üçün təhlükə yaradır

Gürcü politoloq: Regionun inkişafı xarici amillərdən deyil, bizim birgə səmərəli əməkdaşlığımızdan asılıdır

Azərbaycan dövlətinin dəstəyi ilə İrpendə poliklinikanın əsaslı təmiri ilin sonunadək başa çatdırılacaq

Pasxa bayramı Qəbələnin Nic qəsəbəsində dini konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd edilib

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb