Azərbaycan Dövlət İnformasiya Agentliyi

Oleq Tulyakov Ulu Öndər Heydər Əliyevin yubileyi münasibətilə oçerk qələmə alıb

Oleq Tulyakov Ulu Öndər Heydər Əliyevin yubileyi münasibətilə oçerk qələmə alıb

Bakı, 6 may, AZƏRTAC

Heydər Əliyev şəxsiyyəti böyük tarixi miqyası, nəhəng fikirləri və geniş uğurları ilə seçilir. Bütün bunlar Azərbaycana və azərbaycanlılara dərin sevgiyə əsaslanır. Bu fikirlər Ukraynanın Sum vilayət hərbi administrasiyasının ictimai şurasının sədri, pedaqogika elmləri namizədi, Sum Dövlət Universitetinin dosenti Oleq Tulyakovun Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş oçerkində yer alıb.

AZƏRTAC həmin oçerki oxuculara təqdim edir.

X X X

Hər il qeyd etdiyimiz may bayramları şəxsən mənim üçün bu oçerki yazmaqdan əvvəl də “öz daxilimdə” qoruyub saxladığım bir tarixi əks etdirir. Mən emosiyalarımı kiminləsə paylaşmaq istəmədiyim üçün bu oçerki qələmə aldım. Lakin Heydər Əliyevin 100 illik yubileyinin verdiyi enerji mənə hələ uşaqlıq illərində şəxsiyyətinə pərəstiş etdiyim bir insan haqqında fikirlərimi ifadə etmək qətiyyəti bəxş etdi. Əminəm ki, onun irsi beynəlxalq səviyyəli universal biliklər statusuna malikdir və zaman məfhumundan asılı olmayaraq müasir cəmiyyətlərin inkişafı kimi nəcib missiyada yeni nəsil tərəfindən istifadə oluna bilər.

X X X

Hələ uşaqlıq illərində Azərbaycan mənim üçün Müslüm Maqomayevin mahnıları, Nəbi Xəzrinin şeirləri, həmçinin Kiyevin “Dinamo” klubu üçün azarkeşlik etdiyim kimi pərəstişkarı olduğum “Neftçi” futbol komandasının oyunu ilə doğma idi. Lakin məndə ən böyük təəssürat doğuran 2023-cü il mayın 10-da 100 illiyini qeyd edəcəyimiz Heydər Əliyevin həyatı, obrazı və ideyaları idi. Bu insan güclü, məğrur və gələcəyə inamla baxan dövlətin - müasir Azərbaycanın memarı oldu.

Heydər Əliyev 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. Mən özüm də ilk təhsilimə görə tarix müəllimiyəm. Bu səbəbdən deməyə bütün əsaslarım var ki, onun təhsili çox qiymətli “təhsil kokteyli” idi və özündə səbəb-nəticə əlaqələrini, cəmiyyətin inkişafının ümumi məntiqini, insanlarla ünsiyyət qurmaq bacarığını ehtiva edirdi. Artıq hiss edirsən ki, sənin əlində tarix yarada biləcək gücə malik açar var, çünki insanlar da sənin ardınca gedir.

Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Nazim İbrahimov Heydər Əliyev haqqında deyirdi: “O, həmişə respublikada aparılan işlərin önündə gedirdi, xalqa çox yaxın idi. Bununla da o, xalqla birləşdi və onun içərisindən böyüyərək çıxdı”. Heydər Əliyev insanlarla iş prosesində onların vətəndaş mövqeyinə arxalanırdı, vətəndaşlara səmimi qayğı göstərir, onlarla maraqlanırdı. Nəticədə hər bir azərbaycanlı özünü vahid ailənin üzvü, bərabərhüquqlu və eyni imkanlara malik vətəndaş hesab edirdi. Əliyevin vaxtında azadfikirli insanların dövləti yaranırdı, onlar özlərini böyük Azərbaycan millətinin bir hissəsi kimi hiss edirdilər.

Heydər Əliyev tez-tez xidməti avtomobilindən düşərək insanların evlərinə baş çəkir, masa arxasında oturur, təndir çörəyi yeyir və sərbəst ünsiyyət qururdu. Xalq onunla ünsiyyətin hər anını qiymətləndirir və ona inanırdı. O, çöhrəsində daimi təbəssümlə insanlarla küçədə söhbət edirdi. Bu zaman sadəcə danışır, nitq söyləmirdi.

Əliyev məişətdə çox böyük təvazökarlıq göstərirdi. Onun ezamiyyət proqramı səhər gimnastikası və üzgüçülüyü ehtiva edirdi, masa arxasında isə o, həmkarları ilə birlikdə oturmağı üstün tuturdu. Heydər Əliyev çox gözəl ailə başçısı idi. İşinin çox olmasına baxmayaraq, o, doğmaları zəng etdikdə təbəssümlə və mehribancasına dəstəyi götürürdü.

Bu, liderə xalq sevgisinin və milli hərəkatın öz rəhbərinə dəstəyinin unikal nümayişi idi. Məhz bu keyfiyyət - insanları öz arxasınca aparmaq bacarığı, onların rəğbətini qazanmaq qabiliyyətinin dərin biliklər, təcrübə və təşkilatçı istedadı ilə birləşməsi onun yüksək vəzifələrdə uğurlarının başlıca amilləri oldu.

X X X

1969-cu ildə Heydər Əliyev Azərbaycanın rəhbəri oldu. Həmin vaxt, Azərbaycan Kommunist Partiyası MK-nın birinci katibi Vəli Axundovun dövründə ölkəni korrupsiya şəbəkəsi bürümüşdü. İqtisadiyyat zəifləmiş və iflas etmiş, mərkəzi hakimiyyət səmərəsiz olmuşdu. Məhz həmin dövrdə Heydər Əliyev respublikaya rəhbərlik etməyə başladı. O, artıq dövlət təhlükəsizliyi sistemində iş təcrübəsinə malik idi. Azərbaycanda “Axundov özəlləşdirməsi” bəzi şəxslərin vəzifədən azad olunması, istintaq, həbs və məhkəmə hökmləri ilə dayandırıldı. Əliyev vəzifəyə gəldikdən 3 il sonra bəyan etdi: “Azərbaycan Kommunist Partiyası MK-da rüşvət almırlar”.

Bununla yanaşı, əsl inkişaf, real irəliləyiş, tərəqqi təkcə bu tədbirlərlə əldə edilmir. Bunun üçün yeni bir şey, daha məzmunlu və perspektivli təşəbbüs olmalı idi. Heydər Əliyev cəmiyyətin təqdirinə səbəb olacaq belə gələcək modelini təklif etmək üçün başa düşürdü ki, onun yaranması, həmçinin tətbiqi yalnız özlərini əsl vətəndaş hiss edən azad insanlarla mümkündür.

Bu model yaradıldı və intensiv iqtisadi inkişaf formasında tətbiq edilməyə başlandı. Xüsusən, 1970-ci ildən 1980-ci ilədək üzüm istehsalı 10 dəfə - ildə 200 min tondan 2 milyon tona qədər artdı. Azərbaycan SSRİ-nin ən sürətlə inkişaf edən respublikalarından birinə çevrilirdi, burada qabaqcıl texnologiyalar tətbiq edilir, yeni müəssisələr tikilir, pambıq, çay, tütün istehsalında görünməmiş artım müşahidə olunurdu. Neft sənayesində bütün dünyada tətbiq edilən üzən qazma qurğularının alınması və Xəzərdə yeni neft yataqlarının kəşfi ilə əsl tərəqqi mümkün oldu. Artıq xatırlatdığımız insanlara qayğı özünün iri yaşayış rayonlarının intensiv tikintisinin təşkilində göstərdi. Zəif inşaat bazası evtikmə kombinatlarının yaradılması ilə öz yerini intensiv tikinti prosesinə verdi.

Heydər Əliyevin SSRİ-nin totalitar şəraitində Azərbaycanı məhz milli dövlət kimi inkişaf etdirmək bacarığı xüsusi rəğbət doğurur. O, buna yaradıcı insanların dəstəyi və yaradıcılıq prosesinin sistemli şəkildə təşviqi ilə nail oldu. Xüsusən memarlıq abidələrinin bərpası aksiyaları keçirilirdi, şairlərin, bəstəkarların, yazıçıların ev-muzeyləri açılırdı, mədəniyyət mərkəzləri təsis olunurdu. Azərbaycan klassiklərinin yubileyləri ümumittifaq səviyyədə keçirilirdi, onların kitabları nəşr edilirdi. Bu zaman əsərlər milli ruhda işıq üzü görürdü. Əliyev teatr premyeralarına gedir, tamaşadan sonra səhnə arxasına gələrək aktyorlarla əsəri və onun quruluşunu yüksək səviyyədə müzakirə edirdi.

1978-ci ildə Azərbaycan Konstitusiyasına Azərbaycan dilinə milli status verilməsi barədə müddəanın daxil edilməsi həqiqətən də cəsarətli addım idi. SSRİ-nin ali rəhbərliyi buna etiraz edirdi: bu cür hal başqa müttəfiq respublikalarda yox idi. Heydər Əliyev obyektiv səbəblərdən həmin dövrdə ayrıca milli ordu yarada bilməzdi, lakin o, SSRİ ordusunun tərkibində əla zabit korpusu formalaşdırdı. O, azərbaycanlıların güzəştli şərtlərlə hərbi məktəblərə daxil olmasına nail oldu, şəxsən Cəmşid Naxçıvanski adına hərbi liseyə dəstək göstərdi. Onun atalıq qayğısı sayəsində liseydə qidalanma norması 1 manatdan 3 manata qaldırdı.

Bu fəaliyyətin nəticəsi olaraq, azərbaycanlıların milli özünüdərk prosesi möhkəmləndi ki, bu da cəmiyyətin inkişaf perspektivlərinin əsasını təşkil edirdi.

Heydər Əliyevin uğurları onun SSRİ-nin mərkəzi strukturlarında yüksək dövlət vəzifələrinə təyin olunmasına gətirib çıxardı. O, bu vəzifələrdə özünün yüksək idarəçilik bacarığını nümayiş etdirdi, maşınqayırma, yüngül sənaye, nəqliyyat, mədəniyyət və təhsil sahələrinə uğurla rəhbərlik etdi. Həmçinin məktəb islahatı üzrə dövlət komissiyası, Baykal-Amur Magistralının tikintisi və istifadəyə verilməsi üzrə komissiya onun rəhbərliyi altında fəaliyyət göstərirdi.

X X X

Azərbaycanlılar 1993-cü ildə Heydər Əliyevi 98,8 faiz səslə Prezident vəzifəsinə seçməklə öz liderinə sevgi və inamını ifadə etdilər. Həmin vaxt ölkədə qeyri-sabit şəraiti düzəltmək mümkün oldu. Hərbi əməliyyatların dayandırılması, xüsusən aqrar sahədə uğurlu islahat yolu və planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçidin Konstitusiyada təsbit edilməsi diqqəti iqtisadiyyata yönəltməyə imkan verdi. Qərb şirkətləri ilə Azərbaycanda neft yataqlarının işlənilməsinə dair aparılan danışıqlar böyük nəticələr verdi. 1994-cü ildə dünyanın ən böyük neft-qaz korporasiyaları ilə “Əsrin müqaviləsi” imzalandı ki, bu da milli iqtisadiyyatı sağlamlaşdırmağa imkan yaratdı. Azərbaycanın maraqlarına cavab verən bir sıra başqa beynəlxalq müqavilələr də imzalandı. Heydər Əliyev Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda mübarizədə çox işlər görüb. Onun beynəlxalq arenada yüksək nüfuzu nəticəsində BMT Təhlükəsizlik Şurasında Qarabağda vəziyyətə dair dörd qətnamə qəbul edildi, bunun nəticəsində həmin ərazi dünya ictimaiyyəti tərəfindən Azərbaycan torpaqları kimi tanındı.

Məhz həmin dövrdə Heydər Əliyevin Londonda Marqaret Tetçer ilə görüşü oldu. Bu görüş milli maraqlara sədaqətin və onları qorumağın parlaq təzahürü idi. Məlum olduğu kimi, baronessa Tetçer Heydər Əliyevlə rəsmi səhər yeməyi keçirib. O, buna qədər Ermənistan prezidenti Ter-Petrosyanla görüşmüşdü və onların arasında olan söhbət sonrakı hadisələrdə müəyyən rol oynamışdı. Marqaret Tetçer Heydər Əliyevə demişdi: “Heydər Əlirza oğlu, Qarabağda hər şeyi 100 il müddətində olduğu kimi saxlayın. Bu vəziyyətə toxunmayın. Qoy Sizin nəvələriniz, Sizin davamçılarınız bu məsələni həll etsin”. Heydər Əliyev buna cavab olaraq hədiyyəni - üzərində baronessanın təsviri olan xalça gətirməyi xahiş etdi. O dedi: “Baronessa, görürsünüz, bizim rəssam Sadıqov xalça üzərində Sizin portretinizi toxuyub. Azərbaycan xalqı Sizi çox sevir! Təkcə Qarabağda deyil, onun ətrafında da! Amma Siz indi çox qorxulu sözlər söylədiniz! Öz torpağımızı təhvil vermək!? Təkcə Qarabağı deyil, onun ətrafındakı bütün rayonları?” Bundan sonra Heydər Əliyev Folklend adaları, İrlandiya ilə bağlı şəraiti xatırlatdı, Böyük Britaniyanın görkəmli siyasətçisi ilə şəkil çəkdirməkdən imtina etdi.

Suverenliyi və dövlətin ərazi bütövlüyünü məhz belə qorumaq lazımdır!

X X X

Zənnimcə, Heydər Əliyevin unikallığı, həmçinin onun fəaliyyətinin beynəlxalq əhəmiyyəti ondan ibarətdir ki, dahi siyasətçi SSRİ-nin totalitar idarəçilik ənənələri şəraitində azad vətəndaşlardan ibarət cəmiyyət qura bildi, həmin insanlar dəqiq ifadə edilmiş milli ənənələr üzərində güclü dövlətin qurulması ideyası ətrafında birləşdilər, dayanıqlı inkişafın perspektivlərinin əsası qoyuldu.

Heydər Əliyev şəxsiyyəti böyük tarixi miqyası, nəhəng fikirləri və geniş uğurları ilə xatırlanır. Bütün bunlar Azərbaycana və azərbaycanlılara dərin sevgini ifadə edir. Heydər Əliyevin uğurlarının başlıca sirri və əhəmiyyəti bu cür şəxsi və ictimai harmoniyada, böyüklüyün və kiçik amillərin sıx vəhdətində gizlənir. Əminəm ki, onun yubileyi Azərbaycanı sevənlər və bu ölkəyə tərəqqi arzulayanlar tərəfindən layiqincə qeyd ediləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Elgün Hacıyev: Qərbi azərbaycanlıların qayıdış hüququ beynəlxalq mexanizmlər çərçivəsində nəzərdən keçirilməlidir

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub

“Azərbaycan Kredit Bankı”nın ləğv prosesi yekunlaşıb

Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib

BDU Qazaxıstanın Maqsut Narikbayev Universiteti ilə əməkdaşlığa başlayır

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Hövsanın bəzi ərazilərində içməli su təminatında fasilə yaranacaq

® “Azercell” abunəçilərinə mənzil, avtomobil və “iPhone” hədiyyə edir!

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər əlverişsiz hava səbəbi ilə təxirə salınıb

Soydaşlarımız Anım Gününü Tbilisidə və Saqarecoda qeyd ediblər

Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar

Şəfəq Mehrəliyeva: Mir Cəlal Paşayev yaradıcılığının əsas gücü sadə süjet və yığcam ifadələrlə dərin fikirlər ortaya qoymasıdır

“Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək

Çində Azərbaycan dili ixtisası üzrə magistraturaya ilk tələbə qəbulu aparılıb

Tarixçi: Azərbaycan xalqı Qafqaz Albaniyasının tarixi və mədəni irsinin varisdir

Şəhid anası: Nicat haqq-ədalətə hər şeydən çox önəm verərdi

İşğaldan azad edilmiş ərazilərə köçürülən vətəndaşlardan 11 min 937 nəfərinin məşğulluğu təmin olunub

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Kral VI Məhəmməd: Səudiyyə Ərəbistanına hücum Mərakeşə hücum deməkdir

Otuz ildən sonra tarixi Zəfər və Azərbaycanın yaratdığı yeni reallıqlar - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib