OLİMPİYA MƏŞƏLİ ESTAFETİ START GÖTÜRDÜ
Məşəlin aparılması prosesinin Sidney mərhələsində ümumən 144 nəfər iştirak edəcəkdir. Onların arasında tanınmış idmançılar, məşhur mədəniyyət xadimləri, ictimai təşkilatların və bələdiyyə şuralarının nümayəndələri də var. Şəhərin görməli yerləri ilə yanaşı, onun həndəvərlərindən də keçən bütün marşrut boyu minlərlə tamaşaçının iştirakı ilə müxtəlif bayram tədbirləri hazırlanır.
Olimpiya məşəlinin Avstraliyanın digər şəhərində - 1956-cı il Olimpiadasının paytaxtı olan Melburnda qarşılanması da maraqlı olacaqdır. Məşəl oraya iyunun 5-də gətiriləcəkdir. Sonra estafet Yaponiyaya, daha sonra isə, Moskva da daxil olmaqla, qlobal marşrut üzrə davam edəcək və avqustun 13-də Afinada 2004-cü ilin Olimpiadasının açılışı ilə başa çatacaqdır.