ÖLKƏ ÇEMPİONATI BAŞA ÇATMIŞDIR
Trekdə velosiped yarışı üzrə ölkə çempionatı başa çatmışdır. Gənclər, İdman və Turizm Nazirliyindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, respublika velotrekində keçirilmiş yarışda “Neftçi” və “Spartak” cəmiyyətlərinin, uşaq-gənclər idman məktəbinin, ixtisaslaşdırılmış uşaq-gənclər olimpiya ehtiyatı idman məktəbinin, Bakı Baş Təhsil İdarəsinin 30 idmançısı iştirak etmişdir.
İxtisaslaşdırılmış uşaq-gənclər olimpiya ehtiyatı idman məktəbinin nümayəndələri Məmməd Ələkbərov birinci, Elçin Əsədov ikinci yerə layiq görülmüşlər. Bürünc medala “Spartak” cəmiyyətinin nümayəndəsi Teymur Məmmədov sahib olmuşdur.