Ölkə ərazisində yağmursuz hava gözlənilir
Bakı, 25 fevral, AZƏRTAC
Fevralın 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, şimal küləyi əsəcək. Havanın temperaturu gecə 5-7° isti, gündüz 8-13° isti olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 12-17° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında gecə və səhər duman, çiskin olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 8-13° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında gecə və səhər duman, çiskin olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 12-17° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 10-15° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında gecə və səhər duman, çiskin olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-7° isti, gündüz 13-18° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında gecə və axşam yağıntılı havanın olacağı gözlənilir. Zəif şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-9° isti, gündüz 12-16° isti, dağlarda gecə 2-7° isti, gündüz 8-12° isti olacağı gözlənilir.