OMBUDSMAN ABA CEELİ-NİN NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞMÜŞDÜR
Ombudsman Aparatından AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova Amerika Vəkillər Assosiasiyası Mərkəzi Avropa və Avrasiya Hüquq Təşəbbüsünün (ABA CEELİ) nümayəndələri ilə görüşmüşdür.
Bu beynəlxalq təşkilatın ölkəmizin ali məktəblərindəki hüquq fakültələrinə yardımçı olduğunu, onların fəaliyyətinin təkmilləşdirilməsinə ehtiyac olduğunu söyləyən müvəkkil bu qurumlara kömək göstərilməsinin vacibliyini bildirmişdir.
Ombudsman əməkdaşlığın səmərəsini artırmaq, bu qurumların inkişafı üçün ABA CEELİ ilə birgə səylər göstərməyin zəruriliyini vurğulamışdır.
ABA CEELİ-nin regional nümayəndəsi Dennis Havkins Şərqi Avropa və postsovet ölkələri üçün korrupsiyaya qarşı mübarizə strategiyalarının hazırlanması, dövlətlə vətəndaş cəmiyyəti arasında qarşılıqlı əməkdaşlığı möhkəmləndirməklə korrupsiyanın qarşısının alınması məqsədi ilə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının dəstəyi ilə yaradılmış beynəlxalq şəbəkənin fəaliyyəti barədə danışmış, Azərbaycanın həmin şəbəkənin üzvü olduğunu diqqətə çatdırmış, bu şəbəkəyə üzv olan ölkələr üçün korrupsiyaya qarşı mübarizəyə dair tövsiyələrin işlənib hazırlandığını nəzərə çatdırmışdır.
Görüşdə ölkəmizdə vətəndaş cəmiyyətinin yaradılması istiqamətində görülən işlər, Ombudsman təsisatında yaradılmış müstəqil Ekspertlər Şurasının fəaliyyəti, QHT-lərlə əməkdaşlıq barədə də ətraflı məlumat verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]