Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Ombudsman Aparatının əməkdaşı BMT-nin Biznes və İnsan Hüquqları üzrə Forumunun 8-ci sessiyasında iştirak edib

Bakı, 28 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı, Biznes və İnsan Hüquqları üzrə ixtisaslaşmış müşavir Rəşad Novruzov Cenevrə şəhərində BMT-nin Biznes və İnsan Hüquqları üzrə Forumunun 8-ci sessiyasında iştirak edib.

Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, dövlət, QHT və biznes qurumlarının 2000-dən çox nümayəndəsinin və ekspertlərinin iştirakı ilə keçirilən Forumu açıq elan edən BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı xanım Mişel Başele, İnsan Hüquqları Şurasının Vitse-prezidenti xanım Vesna Batistic-Koc və BMT-nin Biznes və İnsan Hüquqları üzrə İşçi Qrupunun rəhbəri xanım Elzbieta Karska gündəlikdə duran məsələlər barədə məlumat veriblər.

Beynəlxalq tədbirdə dövlətlərin biznes qurumları tərəfindən pozulmuş insan hüquqlarının müvafiq siyasət, tənzimləmə və hüquq müdafiə vasitələrinin tətbiqi üsulu ilə müdafiəsini, korporativ sosial məsuliyyəti, habelə pozuntu hallarında effektiv hüquqi müdafiə vasitələrinə çatımın təmin edilməsini nəzərdə tutan “Biznes və İnsan Hüquqları üzrə Rəhbər Prinsiplər”in milli qanunvericiliyə implementasiyası və bu sahədə müvafiq milli fəaliyyət proqramının hazırlanaraq icrasının təmin edilməsi məsələləri müzakirə edilib.

Forumun müxtəlif sessiyalarında biznes və insan hüquqları kontekstində dövlətlərin, biznes qurumlarının, QHT-lərin və icmaların uşaq əməyinə qarşı mübarizədə rolu, gender, insan alveri, ətraf mühitin mühafizəsi məsələləri, korporativ sosial məsuliyyət sahəsində üzv dövlətlərin təcrübəsi və milli insan hüquqları təsisatlarının bu sahədə fəaliyyəti barədə təcrübə mübadiləsi aparılıb.

Ombudsman Aparatının əməkdaşı Forumun müvafiq sessiyasında çıxış edərək Azərbaycan Prezidenti tərəfindən aparılan islahatların respublikamızda qeyri-neft sektorunun uğurla inkişaf etməsinə, ənənəvi istehsalat sahələrinin canlanmasına, yeni sənaye parklarının yaradılması ilə ölkə iqtisadiyyatının ixrac və rəqabət potensialının artırılmasına, ətraf rayonlarda məşğulluğun təmin edilməsinə, investisiyaların və müasir texnologiyaların cəlb edilməsinə şərait yaratdığını bildirib.

O, aparılan hüquqi islahatlarla vergi qanunvericiliyinə əhəmiyyətli əlavə və dəyişikliklər edildiyini, maliyyə-bank sistemində fiziki şəxslərə münasibətdə güzəştlərin tətbiq olunduğunu, müvafiq kompensasiyalar ödənildiyini, tikinti və şəhərsalma fəaliyyətinə dövlət nəzarətinin mərkəzləşdirilməklə gücləndirildiyini, prosedur qaydalarının sadələşdirildiyini, istehlakçı hüquqlarının daha səmərəli müdafiəsi və qida məhsullarına dövlət nəzarətinin artırılması, idxal və ixrac proseslərinin idarə olunmasının mərkəzləşdirilməsinə nail olmaq məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin yaradıldığını və bu kimi bir çox sahələrdə əsaslı dəyişiklər baş verdiyini qeyd edib.

Ombudsmanın BMT-nin ixtisaslaşmış qurumları, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, o cümlədən beynəlxalq və regional ombudsman institutları, beynəlxalq QHT-lər və şəbəkələrlə səmərəli əməkdaşlıq əlaqələri qurduğu, Aİ-nin Tvinninq və TAİEX layihələrinin, həmçinin Şərq Tərəfdaşlığı kimi proqramların da iştirakçısı olduğu diqqətə çatdırılıb.

R.Novruzov, Müvəkkilin bu sahədə fəaliyyətini şikayətlərin araşdırılması, elmi-analitik fəaliyyət və hüquqi maarifləndirmə istiqamətləri üzrə uğurla davam etdirdiyini, qeyd olunan sahədə aidiyyəti qurumların fəaliyyətinin əlaqələndirilməsi, beynəlxalq sənədlərin öyrənilməsi və implementasiyası, qanunvericiliyin təkmilləşdirilməsi, maarifləndirmə işinin səmərəli təşkili məqsədilə Ombudsman yanında Biznes və İnsan Hüquqları üzrə İşçi Qrupun təsis edildiyini, 20-dən çox dövlət qurumu və QHT nümayəndələrinin həmin qrupda təmsil olunduqlarını bildirib.

İşçi Qrup tərəfindən hazırkı vaxtadək müxtəlif əhali qruplarının maraqlarını və aktual mövzuları əhatə edən 19 dəyirmi masa təşkil olunduğu, tədbirlərdə səsləndirilən təkliflərin ümumiləşdirilərək aidiyyəti qurumlara göndərildiyi, Müvəkkilin illik məruzələrinə daxil edilərək daha geniş şəkildə ictimaiyyətin diqqətinə çatdırıldığı, bir sıra təkliflərin normativ-hüquqi aktlara edilən dəyişikliklərdə, qəbul edilən yeni dövlət proqramlarında nəzərə alındığı qeyd olunub.

BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin implementasiyası, o cümlədən uşaq hüquqlarının müdafiəsi, gender, əlilliyi olan şəxslərin hüquqlarının təmin edilməsi, ətraf mühitin mühafizəsi məsələlərinin İşçi Qrupun fəaliyyətinin əsas istiqamətlərindən olduğu, Ombudsman Aparatı əməkdaşlarının Dayanıqlı İnkişaf üzrə Əlaqələndirmə Şurasının üç işçi qrupunda təmsil olunaraq, müzakirələrdə müvafiq təklifləri təqdim etdiyi, ölkə üzrə könüllü hesabatların hazırlanmasında digər aidiyyəti dövlət qurumları və QHT-lərlə birgə fəal iştirak etdikləri sessiya iştirakçılarının diqqətinə çatdırılıb.

Müvəkkilin təşəbbüsü ilə Biznes və İnsan hüquqları sahəsində beynəlxalq sənədlərin öyrənildiyi, BMT-nin “Qlobal Sazişi”nin, “Biznes və İnsan Hüquqları üzrə Rəhbər Prinsipləri”nin, o cümlədən bu sənədin şərhinin, “Edinburq Bəyannaməsi” kimi mühüm sənədlərin Azərbaycan dilinə tərcümə edilərək Ombudsmanın rəsmi internet səhifəsində yerləşdirilməklə geniş ictimaiyyətin diqqətinə çatdırıldığı bildirilib.

Aparatın əməkdaşı məlumat verib ki, Ombudsmanın təşəbbüsü ilə “Azərbaycan Respublikasında insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində 2020-2024-cü illər üzrə Milli Fəaliyyət Proqramı” hazırlanaraq aidiyyəti üzrə təqdim edilib. Həmin layihədə biznes və insan hüquqları üzrə ayrıca dövlət proqramının hazırlanması, sahibkarların insan hüquqları üzrə öhdəliklər barədə məlumatlandırılması, onların lazımi informasiya ilə təmin edilməsi, treninqlər və digər vasitələrlə dəstəklənməsi, müəssisələrin fəaliyyətləri çərçivəsində insan hüquqlarına riayət olunması metodlarına dair effektiv təlimatlandırılması və digər bu kimi vəzifələri müəyyənləşdirən mühüm bəndlər öz əksini tapıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Braziliyada daşqınlar: 78 nəfər həlak olub, 105 nəfər itkin düşüb

UNESCO: Qlobal ekoloji məsələləri işıqlandıran jurnalistlərin 70 faizi hücuma məruz qalıb

Nizami Cəfərov: Ortaq türk əlifbasının yaradılması istiqamətində aparılan işlər zamanın tələbidir

Binəqədi rayonunda “Makarov” tapançası satmaq istəyən şəxs saxlanılıb

Faktiki hava: Şahdağa və Gədəbəyin dağlıq ərazilərinə qar yağıb

“Qarabağ” yeni rekorda imza atıb

Bakı metrosunda QR bilet istifadəçilərinin sayı 45 faizə yaxın artıb

AMEA-nın prezidenti: Türk dövlətlərinin ortaq əlifbasının yaradılması dövrün və zamanın çağırışıdır

“Neftçi” 10 ildən sonra antirekordunu təkrarlayıb

DİN: Həftə sonunda 2 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Cənub bölgəsinin bir sıra rayon və kəndlərində elektrik enerjisinin verilişi müvəqqəti məhdudlaşdırılır

Türk Dilçilik Cəmiyyətinin prezidenti: Hazırda tarixi anlar yaşayırıq

Bakının kənd və qəsəbələri arasında minifutbol turnirində finala çıxan komandalar bəlli olub

Madonnanın pulsuz konsertinə 1,6 milyon nəfər gəlib

Şirvan-Salyan üzrə riyaziyyat-məntiq olimpiadası və fənn müsabiqələrinin yarımfinal mərhələsi keçirilib

Monqolustanda meşə yanğınları artır

Ali məktəblərə qəbul imtahanının I cəhdində iştirak etmək istəyən abituriyentlərin qeydiyyatı başa çatır

Premyer Liqa: “Səbail” turun son oyununda autsayderi qəbul edəcək

Energetika naziri Ağcabədidə vətəndaşlarla görüşəcək

Moskva Dövlət Universitetinin Bakı filialı magistraturaya qəbul elan edir

Türk Akademiyasının prezidenti: Ortaq əlifbanın yaradılması istiqamətində səylərimizi davam etdiririk

Dünya birjalarında neft bahalaşıb

Bakıda Türk Dünyası Birgə Əlifba Komissiyasının ikinci iclası keçirilir

Bu gün akademik Rəfiqə Əliyevanın anım günüdür

Avtomobillə narkotik daşıyan şəxslər saxlanılıb

Avstraliyada müştəriləri aldadan aviaşirkət cərimələnib

“Telegram”da fişinq mənbələrinin sayı artıb

A Seriyası: "Roma" - "Yuventus" oyununda qalib müəyyənləşməyib

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Almaniyada hərbi zavodda yanğını nəzarət altına almaq mümkün olmayıb

Zəhərli ilanların yaşayış arealı böyüyür

Gəmilərdə atom saatı quraşdırılacaq

Vyetnamda anomal istilər ekoloji fəlakətə səbəb olub

ADPU-nun Psixoloji-pedaqoji xidmət laboratoriyasında “Açıq qapı” günü keçirilib

Nazir: Rusiyanın enerji infrastrukturuna son hücum dalğası Ukraynaya 1 milyard dollardan artıq ziyan vurub

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib

Superliqa: "Qalatasaray" çempionluq yolunda vacib qələbə qazanıb

Hacıqabulda ağacəkmə aksiyası zamanı 200 ting əkilib

Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq

İngiltərə Premyer Liqası: “Liverpul” “Tottenhem”i məğlubiyyətə uğradıb

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulub

Türkiyənin Pakistandakı səfiri İƏT Baş katibinin xüsusi nümayəndəsi təyin edilib

Premyer Liqa: “Sabah” “Araz-Naxçıvan”ı minimal hesabla məğlub edib

Dünya Kuboku: Qadınlar və kişilər arasında stend atıcılığının səngər növündə qaliblər bəlli olub

Xarkovun mərkəzi atəşə tutulub, yaralılar var

“Togg” Türkiyənin elektrik mühərrikli avtomobil bazarında lider olub

Quba Regional Elmi Mərkəzinin Kitabxanasının açılışı olub

“Zirə” Premyer Liqada ikinci pilləyə yüksəlib

Gürcüstanın pravoslav xristianları Pasxa bayramını qeyd edirlər

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib VİDEO

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb

Avropa Kuboku: Azərbaycan gimnastı gümüş medal qazanıb VİDEO

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı marafonu 2024” başa çatıb 

Sabunçuda arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı cinayət işi başlanılıb

Parisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş tədbir keçirilib

Avropa Kuboku: Azərbaycanın qrup hərəkətləri komandası növbəti dəfə bürünc medal qazanıb

Sabunçuda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İstismar müddətini başa vurmuş Cavanşir körpüsü hərəkət iştirakçıları üçün təhlükə yaradır

Gürcü politoloq: Regionun inkişafı xarici amillərdən deyil, bizim birgə səmərəli əməkdaşlığımızdan asılıdır

Azərbaycan dövlətinin dəstəyi ilə İrpendə poliklinikanın əsaslı təmiri ilin sonunadək başa çatdırılacaq

Pasxa bayramı Qəbələnin Nic qəsəbəsində dini konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd edilib

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub