OMBUDSMAN NEFTÇALADA OLMUŞDUR
Ombudsman Aparatından AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova Neftçala rayonunda olmuşdur. O, rayonda sosial-iqtisadi vəziyyət, aparılan islahatlar, insan hüquqlarının təmin edilməsi sahəsində görülən işlərlə maraqlanmışdır.
Ombudsman rayon mədəniyyət evində 100-dək sakini qəbul etmişdir. Görüşdə Milli Məclisin bu bölgədən seçilmiş deputatı Rifət Ağalarov, rayon icra hakimiyyətinin başçısı, Milli Təhlükəsizlik Nazirliyi rayon şöbəsinin sədri, rayon prokuroru iştirak etmişlər.
Müvəkkil son illərdə əhalinin sosial vəziyyətinin yaxşılaşdığını, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında qarşıya qoyulmuş vəzifələrin icrası, insan hüquqlarının təmin edilməsi istiqamətində xeyli iş görüldüyünü qeyd etmişdir.
Görüşdə çıxış edənlər rayonda yeni müəssisələrin yaradılmasına, iş yerlərinin açılmasına, yaşayış şəraitinin yaxşılaşdırılmasına görə ölkəmizin Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Müvəkkil sakinlərin ərizə və şikayətlərini yerində araşdırmış, problemlərini öyrənmiş, onlara hüquqlarını izah etmiş, məsləhətlər vermişdir. Bəzi şikayətlər yerindəcə həll olunmuşdur.
Ombudsman problemlərin həllində yardımçı olacağını, səlahiyyətli orqanlar qarşısında məsələ qaldıracağını bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]