Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Onkoloji və neyrodegenerativ xəstəliklərin yeni tədqiqi üsulları müzakirə edilib

Bakı, 17 iyul, AZƏRTAC

İyulun 17-də AMEA Rəyasət Heyətinin Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında keçirilən iclasında AMEA-nın Biofizika İnstitutunun direktoru, akademiyanın müxbir üzvü Oktay Qasımovun “Ağciyər xərçəngi və neyrodegenerativ amiloid xəstəliklərinin multidissiplinar tədqiqi: ilkin nəticələr və gələcək istiqamətlər” mövzusunda elmi məruzəsi dinlənilib. AZƏRTAC xəbər verir ki, alim məruzəsində onkoloji və neyrodegenerativ xəstəliklərin müasir biotibbin ən prioritet istiqamətlərindən olduğunu bildirib. İqtisadi cəhətdən inkişaf etmiş əksər ölkələrdə ölüm səbəblərinin strukturunda bədxassəli şişlərin 18-23 faizlə ikinci yeri tutduğunu deyən Oktay Qasımov dünya əhalisinin təxminən 10 faizinin yaşla əlaqəli neyrodegenerativ xəstəliklərdən əziyyət çəkdiyini əlavə edib: “Bu xəstəliklərin hər birində genetik, stress və başqa amillər mühüm rol oynayır. Bu çoxamilli xəstəliklərin yaratdığı tibbi-sosial problemləri həll etmək üçün innovativ, multidissiplinar yanaşmaların tətbiqinə böyük ehtiyac var”.

Məruzəçi xəstəliklərin başlanğıc mərhələsini aşkar edə bilən yeni skrininq metodların tətbiqinin vacib olduğunu xüsusi qeyd edib. Vurğulayıb ki, bu yanaşma həm xəstələrin yaşama müddətinin və sağalma ehtimalının artması, həm də iqtisadi səmərəlilik baxımından böyük əhəmiyyət kəsb edir. Oktay Qasımov AMEA-nın Biofizika İnstitutu və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi ilə birgə işlənilib hazırlanan süni intellekt vasitəsilə ağciyər xərçənginin proqnozu üzrə aparılan işlərin uğurlu nəticələr verdiyini söyləyib: “Maşın öyrənməsi” fazasında sağlam və xəstə insanların qan plazmaları Furye Çevirici İnfraqırmızı spektrləri multivariat statistika vasitəsilə təsnif olunub, onun icrası yoxlanılıb, lazım gəldikdə optimallaşdırılıb. Maşın bu biliklərdən istifadə etməklə naməlum nümunələri multivariat statistika vasitəsilə təsnif edib proqnoz verir. İşlənib hazırlanan sistem sağlam insanları 80 faizə, ağciyər xərçəngi olan xəstələri isə 90 faizə qədər dəqiqliklə təyin edə bilir. Bu tədqiqatları davam etdirmək və maşın biliyinin həcmini artırmaqla təsnifatı daha da təkmilləşdirmək zəruridir”.

O.Qasımov vurğulayıb ki, sağlam və bədxassəli şiş hüceyrələrinin membranının temperaturdan asılı dinamikası bir-birindən kəskin fərqlənir. Sağlam hüceyrələrə nisbətən bədxassəli şiş hüceyrələrinin membranının axıcılığı temperatur yüksəldikcə daha kəskin artır. Hazırda bədxassəli şişlərin kimyəvi terapiyasının effektivliyinin, eləcə də şüa müalicəsi zamanı toxumaların radiohəssaslığının artırılması üçün süni lokal hipertermiya üsulundan istifadə olunur.

Alim bədxassəli şiş hüceyrələrinin morfologiyasına dair çoxşaxəli tədqiqatların sürətlə genişləndiyini deyib. Bildirib ki, şiş toxumasında hüceyrəətrafı mühit zəif turş, normal hüceyrə ətrafı isə zəif qələvidir. Bu fərqdən xəstəliyin rasional müalicəsi üçün yararlanmaq olar və artıq bu istiqamətdə tədqiqatlara başlanılıb. Məruzəçi tədqiqatların Milli Onkologiya Mərkəzi ilə birlikdə aparıldığını, alınan nəticələrin mütəxəssislərlə, dünyada tanınmış onkoloq akademik Cəmil Əliyevlə müzakirə edildiyini söyləyib. Mərkəzlə rəhbərlik etdiyi institutun Molekulyar və hüceyrə onkologiyası birgə laboratoriyasının elmi tədqiqat işlərinin effektiv və yüksək dərəcədə koordinasiya olunmuş şəkildə aparıldığını əlavə edib.

Məruzəçi qeyd edib ki, dünyada tibb sahəsi fərdi təbabət yanaşması, yəni hər bir fərd üçün fərdi dərman seçilməsi, hətta sintezi istiqamətində inkişaf edir. Eyni xərçəng xəstəliyi bir və ya bir neçə mutasiyanın, yaxud müxtəlif genin zədələnməsi nəticəsində baş verə bilər. Ona görə də hər bir xərçəng xəstəsində olan mutasiyalar təyin edilməli, buna cavab verən dərmanlar seçilməlidir. Bu gün tibdə müasir çağırışlara cavab olaraq, fərdi təbabət istiqamətini inkişaf etdirmək üçün AMEA-nın Biofizika İnstitutunda hüceyrə texnologiyaları bazasının yaradılmasına ehtiyac var.

Oktay Qasımov inteqrativ bioloji yanaşma əsasında bədxassəli şiş hüceyrələrinin yaranmasına səbəb olan prinsipial genetik faktorların təyini və dəqiqləşdirilməsi, bədxassəli şişlərin gedişinin riyazi modelləşdirilməsi, proqnozlaşdırılması və müvafiq diaqnostika sistemlərinin yaradılması üzrə işlər aparıldığını söyləyib. Vurğulayıb ki, insan genomunda promotor axtarışı üzrə İnteqrativ biologiya laboratoriyasında yaradılmış yeni TSShm metodu və digər kompüter proqramları vasitəsilə alınmış nəticələr xərçəng xəstəliyi ilə bağlı məlum 702 gendən 650-si üçün ən azı 1 potensial 2-istiqamətli promotor (2-İP) olduğunu göstərir. Alim bu istiqamətdə alınan mühüm nəticələrin nüfuzlu beynəlxalq jurnallarda (BBA-Proteins and Proteomics, 2018; Journal of Spectroscopy, 2018; Macromol.Chem.Phys, 2019) dərc olunduğunu da əlavə edib.

Məruzə müzakirə olunduqdan sonra Rəyasət Heyəti tərəfindən müsbət qiymətləndirilib.

AMEA-nın Biofizika İnstitutuna Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi ilə birlikdə verilənlər bazası həcmini artırmaqla ağciyər xərçənginin təsnifatının təkmilləşdirilməsi və ağciyər xərçəngi üçün iqtisadi cəhətdən səmərəli skrininq metodunun yaradılması və digər istiqamətlərdə tapşırıqlar verilib. İnsan genomunun transkripsiya statusunun idarə edilməsinin çoxşaxəli mürəkkəb proses olduğunu nəzərə alaraq, xərçəng xəstəliyi ilə bağlı işlərin davam etdirilməsi, onkologiya və neyrodegenerativ amiloid xəstəliklərində mutasiyaların mühüm rolunu nəzərə almaqla fərdi təbabət istiqamətini inkişaf etdirmək üçün Biofizika İnstitutunda hüceyrə texnologiyalarının maddi-texniki bazasının yaradılması üzrə işlər aparılması qərara alınıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq

İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib

Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb

Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb

Olimpiya məşəli Fransa ərazisinə daxil olub

Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib

Külli miqdarda mənimsəmə faktı ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar

“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub

Ukraynadan idxal olunan ət məhsullarında uyğunsuzluq aşkarlanıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert - “Andante və Scherso”

“EFES - 2024” təliminə cəlb edilən növbəti heyətimiz Türkiyəyə yola düşüb VİDEO

Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib

Ukrayna Təhlükəsizlik Xidməti Zelenskinin qətlini hazırlayan agent şəbəkəsinin ifşası barədə məlumat yayıb

Siyasi şərhçi: Ermənistanın inkişafı Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmasından asılıdır

Faktiki hava: Xınalıqda sulu qar, Şahdağda isə qar yağır

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib

Ulu Öndər vaxtilə DSX-ni yaradaraq ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını dəqiqliklə müəyyənləşdirib

Sumqayıtdakı təhsil müəssisəsində 250 min manatlıq pulun mənimsənilməsi ilə bağlı cinayət işi başlanılıb

Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib

Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir

Ölkəmiz Ankarada beynəlxalq mədəniyyət festivalında təmsil olunub

Bitkilərdə termogenez prosesinə dair tədqiqatlar aparılır

Universitet tələbələri “Dəmir Yumruq Pro 6” açıq turnirinin qalibi olublar

Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər

Azərbaycan Prezidentinin adından Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verilib

AzMİU əməkdaşları bu dəfə Sumqayıt məktəbliləri ilə görüşüblər

Rusiya hökuməti istefaya göndərilib

Naxçıvan şəhərində “Sağlam həyat” layihəsi həyata keçirilib

Bakıda iaşə obyektində iki nəfərin ölməsi, iki nəfərin xəstəxanaya yerləşdirilməsi ilə bağlı araşdırma aparılır

15 ölkənin elm adamları beynəlxalq elmi-praktik konfransda bir araya gəliblər

Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək

Misirdə keçirilən Beynəlxalq Kollegial Proqramlaşdırma müsabiqəsinin finalında Azərbaycanı ADA Universiteti təmsil edib

Sabirabadda narkotik vasitənin təsiri altında avtomobil idarə edən iki sürücü aşkarlanıb

Paşinyan: Ermənistanın Azərbaycan və Türkiyə ilə düşmənçiliyinə son qoyulmalıdır

Baş nazir Əli Əsədov Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndə aparılan tikinti işlərinin gedişi ilə tanış olub

Prezident İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-3 VİDEO

Birinci Qarabağ müharibəsi şəhidi Elşad Qayımov Xaçmazda dəfn olunub

Azərbaycan millisinin baş məşqçisi: Bütün karateçilərimiz Avropa çempionatında qızıl medal qazana bilərlər

2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub

BƏƏ-nin İqlim Dəyişikliyi Şurası COP29 üçün iqlim ambisiyalarını artırmaq niyyətindədir

BDU tələbələri informasiya təhlükəsizliyi haqqında məlumatlandırılıblar

Paşinyan AİB sammitində iştirak etmək üçün Moskvaya gedəcək

Qırx milyon filippinlinin içməli suya çıxışı yoxdur

FHN-in Gəncə Regional Mərkəzi “Yaz-yay fəsillərində sel təhlükəsi” mövzusunda tədbir keçirib

Robert Fitso: Azərbaycan suverenlik baxımından nümunəvi ölkədir

Respublika fənn olimpiadalarının riyaziyyat üzrə final turu keçirilib

Dərinsulu Günəşli platformasının profilaktik işlər proqramı başa çatıb

Sumqayıtda aramsız yağan yağışın fəsadları aradan qaldırılır

Bu gün dəfn olunan şəhidin anası: 31 ilə yaxındır gözüm yollarda qalmışdı

Qarabağ müharibəsi şəhidlərinin bir qrup ailə üzvü Türkiyənin Çanaqqala əyalətində olublar

Bakı-Quba yolunda piyada keçidinin inşası başa çatıb

Slovakiyanın Baş naziri: Azərbaycan ilə Avropa İttifaqı arasında körpü olmağa hazırıq

Türkiyənin ikinci astronavtı gələn ay kosmosa yola salınacaq

Azərbaycan millisinin voleybolçusu: Özümüzə inanırıq, çünki güclü məşqçimiz var

Prezident İlham Əliyev: Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir

Ədəbiyyat Muzeyi ilə Belarus Dövlət Ədəbiyyat Tarixi Muzeyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Prezident: Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunur

Vladimir Putin and içib və Rusiya Prezidenti vəzifəsinin icrasına başlayıb

Otuz bir il əvvəl itkin düşən Vüqar Həsənovun Edillidə aşkarlanan nəşinin qalıqları Sabirabadda torpağa tapşırılıb

Paşinyan Azərbaycanla sərhədin delimitasiyasını dayandırmayacağını bildirib

Qeydiyyata alınmadan tütün məmulatlarının istehsalı ilə məşğul olanlar cərimələnəcək

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyəyə rəsmi səfərə gəlib

Məktəblərdə ekoloji mövzular müzakirə olunur

Ağdamın Qərvənd kəndinin yenidən qurulmasının Slovakiya şirkəti tərəfindən icrası əlaqələrimizin səmimiyyətinin dərəcəsini göstərir

Azərbaycanda mayın 8-nə gözlənilən hava proqnozu

Prezident: Azərbaycanla Slovakiya arasında müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında danışıqlara start verilib

Türkiyə bu gündən genişmiqyaslı hərbi dəniz təlimlərinə başlayır

Faiq Qarayev: İstəyim odur ki, voleybol Azərbaycanda öz yerini tapsın

Prezident İlham Əliyev: Bu gün Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır

Millinin voleybolçusu: Xorvatiyaya qarşı ilk matçda layiqli mübarizə aparmağa çalışacağıq

Birinci Qarabağ müharibəsi şəhidi Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub VİDEO

Baş nazirin müavini Şahin Mustafayev İranın Azərbaycandakı səfiri ilə görüşüb

Laos Azərbaycanın təcrübəsindən yararlanmaq istəyir

Anar Bağırov: Naxçıvanda insanlar onlara göstərilən hüquqi yardımdan tam razıdırlar

AMB: Bugünkü hərracda tələb 75 milyon dolları ötüb

Ötən ay Bakı hava limanında xidmət göstərilən sərnişinlərin sayı 50 faiz artıb

Media nümayəndələrinin iştirakı ilə autizm haqqında maarifləndirmə seminarı keçirilib

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medallar sahibini tapıb

FHN: Sahil qəsəbəsində daha bir qanunsuz tikili sökülüb VİDEO

Azərbaycan-Slovakiya sənədləri imzalanıb  YENİLƏNİB VİDEO

Qərbin siyasi elitası Gürcüstanda hakimiyyət dəyişikliyi etmək niyyətindədir ŞƏRH

BMT: Son 22 ildə miqrantların vətənlərinə pul köçürmələri 650 faiz artıb

Çikaqodakı muzeydə ən qədim quşun fosili nümayiş etdirilir

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Azərbaycanın voleybol millisi Qızıl Avropa Liqasına hazırlıqları davam etdirir VİDEO

Vyetnamda yeni neft və qaz yataqları aşkarlanıb

BP-nin birinci rübdə mənfəəti 45 faiz azalıb

Çində naməlum şəxs xəstəxanaya hücum edərək 10 nəfəri öldürüb

“YAŞAT” Fondu daha bir müharibə əlilini müalicə məqsədilə Türkiyəyə göndərib

Azərbaycanda ilk dəfə keçirilən Milli Xalça Festivalı yekunlaşıb

Şəkinin ipəkçilik laboratoriyasından reportaj VİDEO

Hazırda ölkəmizdə yaşı 100 və 100-dən çox olan 280 pensiyaçı var

Azərbaycanda həyata keçirilən 40 layihə BMT-nin DİM layihəsinə uyğunlaşdırılıb

Yanvar-aprel aylarında 15,1 min şəxsə əlillik təyin olunub

Peşə təhsili müəssisələrinin tələbələri üçün qida təhlükəsizliyi ilə əlaqədar təlimlərə başlanılıb

“Supermen” filmindən ilk kadr yayımlanıb

Təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək şəxslərin əhatə dairəsi genişləndirilir

CAR-da çökən binanın dağıntıları altında 50-dən çox insan qalıb