REGİONLAR
Onlayn rəsm müsabiqəsinin qalibləri müəyyənləşib
Astara, 27 iyun, Bağır Əliyev, AZƏRTAC
Astara Rayon Gənclər və İdman İdarəsi, Astara Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə yeniyetmə və gənclər arasında “Güclü dövlətimiz, güclü ordumuz” mövzusunda keçirilən onlayn rəsm müsabiqəsinə yekun vurulub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səkkiz gün davam edən onlayn müsabiqədə Astara Dövlət Rəsm Qalereyasını təmsil edən və rayonun ümumtəhsil məktəblərində təhsil alan 16 istedadlı gəncin rəsmləri münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Yekun nəticələrə əsasən, Astara şəhər 6 nömrəli tam orta məktəbin X sinif şagirdi Fatimə Babazadə birinci, Səncərədi kənd tam orta məktəbin VII sinif şagirdi Elvira Fərziyeva ikinci, şəhər 5 nömrəli tam orta məktəbin VII sinif şagirdi Ruhanə Hüseynzadə üçüncü yerlərə layiq görülüblər.