Orban NATO sammitindən sonra Trampla görüşəcək
Bakı, 11 iyul, AZƏRTAC
Macarıstanın Baş naziri Viktor Orban Floridada ABŞ-ın sabiq Prezidenti Donald Trampla görüşəcək.
AZƏRTAC Bloomberg agentliyinə istinadla xəbər verir ki, Viktor Orban Vaşinqtonda keçirilən NATO sammiti başa çatdıqdan sonra Donald Trampın Mar-a-Laqo malikanəsinə gedəcək.
Macarıstan lideri artıq bu ilin mart ayında Trampın malikanəsində olub və onunla görüşüb.
Agentlik vurğulayır ki, Viktor Orbanın Donald Trampla görüşü onun Rusiya Prezidenti Vladimir Putin və ÇXR sədri Si Cinpinlə görüşlərindən bir neçə gün sonra baş tutacaq.
Bir müddət öncə Macarıstanın xarici işlər naziri Peter Siyyarto CNN telekanalına müsahibəsində Budapeştin Donald Trampın prezident seçkilərində qalib gəlməsini istədiyini etiraf etmişdi. Onun sözlərinə görə, ABŞ-ın sabiq prezidentinin dövründə Macarıstanla Birləşmiş Ştatlar arasında münasibətlər çox yaxşı idi, Bayden administrasiyası dövründə isə münasibətlər siyasi perspektivlər baxımından faciəvi hala düşüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:42]
Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib
- 15.06.2026 [17:47]
Üç aylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır
- 15.06.2026 [17:31]
Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır
- 15.06.2026 [16:38]
Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır
- 15.06.2026 [15:32]