Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Ordubad Şəhər Uşaq Musiqi Məktəbinin 50 illik yubileyi qeyd olunub

Ordubad, 17 dekabr, AZƏRTAC

Ordubad Rayon Mədəniyyət Evində Ordubad Şəhər Uşaq Musiqi Məktəbinin 50 illik yubiley tədbiri olub.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin 2016-cı il oktyabrın 21-də “Ordubad Şəhər Uşaq Musiqi Məktəbinin 50 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzaladığını bildirib. Elşad Məmmədov sərəncamın musiqi məktəbinin kollektivində böyük ruh yüksəkliyi yaratdığını diqqətə çatdırıb, Ordubad Şəhər Uşaq Musiqi Məktəbi kollektivinin bundan sonra da istedadlı uşaqları üzə çıxaracağına, onların istedadlarını düzgün formalaşdıracağına, təlim-tərbiyə işlərini günün tələbləri səviyyəsində quracağına və etimadı doğruldacağına əminliyini ifadə edib.

İcra hakimiyyətinin başçısı 50 illik yubiley münasibətilə kollektivi təbrik edib və yeni yaradıcılıq uğurları arzulayıb.

Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova yubiley tədbirində çıxış edərək bildirib ki, muxtar respublikada mədəniyyətin, xüsusilə musiqi sənətinin inkişaf etdirilməsi əsas vəzifələr sırasındadır.

Muxtar respublikada Azərbaycan musiqi mədəniyyətinin inkişafına və təbliğinə töhfə verən mədəni təhsil müəssisələrindən bəhs edən nazir qeyd edib ki, həmin müəssisələrdən biri də Ordubad Şəhər Uşaq Musiqi Məktəbidir. Ordubadda yaradılan ilk, muxtar respublikada isə ikinci uşaq musiqi məktəbi olan bu təhsil müəssisəsi 1965-ci ilin oktyabr ayında Naxçıvan Şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbinin filialı kimi fəaliyyətə başlayıb, məktəbdə fortepiano, tar və klarnet olmaqla, 3 ixtisas üzrə tədris aparılıb. 1966-cı il avqustun 1-dən müstəqil təhsil müəssisəsi kimi fəaliyyətini uğurla davam etdirən məktəbdə hazırda 9 ixtisas üzrə 293 şagird təhsil alır. Şagirdlərin təlim-tərbiyəsi ilə 71 müəllim məşğul olur. Məktəb fəaliyyətə başladığı vaxtdan bu günə qədər bir çox uğurlara imza atıb. Bu məktəbin yetirmələri müxtəlif müsabiqələrdə uğurla iştirak edib, diplom və fəxri fərmanlara layiq görülüblər.

Natəvan Qədimova diqqətə çatdırıb ki, Ordubad Şəhər Uşaq Musiqi Məktəbinin müəllimlərinin əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Belə ki, məktəbin direktoru Azər Məmmədov “Tərəqqi” medalı ilə təltif edilib, məktəbin müəllimi Kamal Qəniyevə “Naxçıvan Muxtar Respublikasının Əməkdar Mədəniyyət İşçisi” fəxri adı verilib. Məktəbin 50 illik yubileyi münasibətilə 2016-cı il dekabrın 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən imzalanmış Sərəncama əsasən, musiqi təhsili sahəsində səmərəli fəaliyyətlərinə görə məktəbin müəllimlərindən Elşən Əliyev “Naxçıvan Muxtar Respublikasının Əməkdar Müəllimi”, Səbinə İbrahimova, Zülfiyyə Seyidova, Sevda Yusubova “Naxçıvan Muxtar Respublikasının Əməkdar Mədəniyyət İşçisi” fəxri adlarına layiq görülüblər.

Nazir çıxışının sonunda Ordubad Şəhər Uşaq Musiqi Məktəbinin 50 illik yubileyinin yüksək səviyyədə qeyd olunmasına, məktəbin bir qrup müəlliminin muxtar respublikanın fəxri adlarına layiq görülməsinə görə bütün mədəniyyət işçiləri adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə dərin minnətdarlığını bildirib, kollektivi yubiley münasibətilə təbrik edib.

“Ordubad Şəhər Uşaq Musiqi Məktəbinin ilk inkişaf dövrü 1970-ci illərin əvvəlindən başlayıb. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin tapşırığı və təşəbbüsü ilə yaradılmış indiki Naxçıvan Musiqi Kolleci Ordubad Şəhər Uşaq Musiqi Məktəbinin ixtisaslı kadrlarla təmin olunmasında müstəsna rol oynayıb. Bu gün məktəbdə tədris aparan 76 müəllimin 72-si Naxçıvan Musiqi Kollecinin məzunudur”, - deyən Ordubad Şəhər Uşaq Musiqi Məktəbinin direktoru Azər Məmmədov bildirib ki, məktəb hər il ölkə, eləcə də muxtar respublika səviyyəli uşaq musiqi məktəblərinin baxış-müsabiqələrində fəal iştirak edir. Bu müsabiqələrdə bu günə qədər 178 diplom və fəxri fərmana layiq görülüb. 1999-cu ildə keçirilən uşaq musiqi məktəbləri şagirdlərinin respublika müsabiqəsində məktəbin tar ixtisası üzrə V sinif şagirdi Vüqar Əliyev müsabiqənin laureatı adını qazanıb. Məktəbin xor kollektivi 2007-ci ildə xor kollektivlərinin V respublika müsabiqəsində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin II dərəcəli, 2009-cu ildə VI respublika müsabiqəsində I dərəcəli, 2011-ci ildə VII respublika müsabiqəsində II dərəcəli, 2013-cü ildə VIII respublika müsabiqəsində II dərəcəli diplomla təltif edilib. 2012-ci ilin iyun ayında gənc pianoçuların II respublika müsabiqəsində Ordubad Şəhər Uşaq Musiqi Məktəbinin fortepiano ixtisası üzrə VII sinif şagirdi Çilər Məmmədova Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin diplomuna layiq görülüb.

Qeyd edilib ki, məktəbin həyatında ən əlamətdar hadisələrdən biri 2009-cu ildə bu musiqi təhsili ocağı üçün yeni, müasir standartlara cavab verən, 3 zal, 49 sinif otağından ibarət dördmərtəbəli binanın istifadəyə verilməsi olub.

Məktəbin direktoru çıxışının sonunda Ordubad Şəhər Uşaq Musiqi Məktəbinə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.

Yubiley tədbirinin bədii hissəsində Ordubad Şəhər Uşaq Musiqi Məktəbinin musiqi kollektivlərinin ifasında Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səsləndirilib.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rusiya Prezidentinin inauqurasiyası olacaq

Milli Məclis bəzi qanunlara dəyişiklikləri üçüncü oxunuşda təsdiqləyib

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı qanun layihəsi təsdiqləndi

® Rəşad İbrahimov: Məqsədimiz Azərbaycan istehlakçısını keyfiyyətli və münasib qiymətə məhsullarla təmin etməkdir

Əfqanıstan hava yolu ilə 145 milyon dollarlıq mal ixrac edib

“Real Madrid” tarixinin ən yaxşı futbolçuları açıqlanıb

Regional direktor: Azərbaycan iqtisadiyyatın müxtəlif sahələrində qadınların iştirak payının artırılmasına töhfələr verib

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü başlayıb YENİLƏNƏCƏK

Xırdalanda yaşayış kompleksində keçirilən şərti yanğın təlimində nöqsanlar aşkarlanıb

Dronlara qarşı qeyri-effektiv mübarizə sistemi Olimpiadada terror aktı riskini artırır

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub YENİLƏNİB

Polşa ABŞ-dan kəşfiyyat aerostatları alacaq

“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib VİDEO

“Gəncə” voleybol klubu baş məşqçi ilə bağlı qərarını açıqlayıb

“Formula 1” üzrə Azərbaycan Qran-Prisi üçün marşalların təliminə start verilib

Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Baş prokuror Göyçayda vətəndaşları qəbul edəcək

Parlamentdə Heydər Əliyev Fondunun azad olunmuş ərazilərimizdə gördüyü işlər barədə məlumat verilib

BMT: Azərbaycan qadınların cəmiyyətə inteqrasiyası üzrə indiyədək mühüm işlər həyata keçirib

Azərbaycan QHT-ləri Təpəbaşı məhəlləsi ilə əlaqədar UNESCO-nun Baş direktoruna açıq məktub ünvanlayıblar

“Təbabətin aktual problemləri” beynəlxalq elmi-praktiki konqresin açılış mərasimi keçirilib

Avropa İttifaqının Gürcüstana sırıdığı Qərb “dəyərləri” - TƏHLİL

Nazir müavini: Qadın sahibkarların 800 layihəsinə 50 milyon manatdan çox kredit verilib

Ümummilli Liderin 101-ci ildönümü münasibətilə konsert proqramı təqdim edilib

Tərtərdə mübahisədən sonra vəfat edən məktəbli ilə əlaqədar istintaq aparılır

Soltan Məmmədov: Heydər Əliyev Fondunun fəaliyyətini bir neçə aspektdən qiymətləndirmək mümkündür

Bahar Muradova: Azərbaycanda qadın sahibkarların sayında artım müşahidə olunur

Sahibə Qafarova: Ulu Öndərin adını daşıyan Fond öz missiyasını layiqincə yerinə yetirir

Alzheimer xəstəliyinin müalicə üsulları dəyişə bilər

Bu gün Xalq artisti Arif Quliyevin anım günüdür

BDU-da görkəmli mətnşünas və biblioqraf Salman Mümtaza həsr olunmuş elmi seminar

Komitə sədri: Qadın sahibkarlar vergi və gömrük prosedurlarının bizneslərinə böyük yük olduğunu bildirirlər

Qubada avtomobili narkotiklərin və spirtli içkinin təsiri altında idarə edən 8 sürücü aşkar olunub VİDEO

“Heydər Əliyev və Qərbi Azərbaycan mədəniyyəti” mövzusunda tədbir keçirilib

Kitabxanada “Cabbarlının ədəbi irsi – varlığında bir dünya çırpınırdı” adlı dəyirmi masa təşkil edilib

Braziliyada daşqın qurbanlarının sayı 85 nəfərə çatıb

DİM Azərbaycan dili imtahanı verəcək şagirdlərə müraciət edib

Radanın deputatı: Ukraynaya ilk F-16 qırıcıları iyulda veriləcək

Baş nazirin müavini: Azərbaycanın təşəbbüsü beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir

Milli Məclisdə 18 məsələ müzakirə olunur

Azərbaycan millisinin futbolçusu: “Qalatasaray”da çempionluq yaşamaq gözəl hissdir

Avtomobildən mobil telefon və pulqabı götürməkdə şübhəli bilinən şəxs saxlanılıb

BMT: Şərqi Afrikada daşqınlar nəticəsində 236 nəfər həyatını itirib

Avtomobili səkidə idarə edən sürücü həbs olunub

Xınalığa qar yağır VİDEO

Bu gün Xalq rəssamı Əzim Əzimzadənin doğum günüdür

“Qonaq Teatr” layihəsi çərçivəsində növbəti tamaşa- “Neytral zona”

“Azercell” bu il günəş enerji panelləri ilə təchiz olunmuş 40-dək radiostansiya işə salmağı planlaşdırır

BMT Baş Assambleyası kosmosda nüvə silahlanmasına qarşıdır

AFFA Türkiyə millisinin sabiq baş məşqçisinə təklif göndərib

BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb

AZƏRTAC-ın fotomüxbirinin fotoşəkilləri iki beynəlxalq müsabiqənin qızıl medalına layiq görülüb

Çin yeni daşıyıcı raketi ilə orbitə 4 peyk çıxarıb VİDEO

DİN: Mayın 6-da könüllü olaraq 4 müxtəlif tüfəng təhvil verilib

AÇG-nin builki gəlirləri 1,8 milyard dollara yaxın olub

Cari ildə Dövlət Neft Fondunun “Şahdəniz”dən əldə etdiyi gəlirlər açıqlanıb

AQTA əməkdaşları üçün COP29 tədbiri ilə bağlı təlimlər təşkil edilir

Mayın 7-si Ümumdünya Astma ilə Mübarizə Günüdür

Bakıda “IV Könüllü Milli Hesabata dair məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda tədbir keçirilir

Azərbaycan Orta Dəhlizin etibarlı ticarət marşrutu kimi yaranmasında mühüm rol oynayıb

“Mystery Ensemble” Bakıda Lüdoviko Eynaudinin “Underwater” albomunu təqdim edib

Mikayıl Cabbarov: Azərbaycan ilə Slovakiya arasında biznes mühiti daha da yaxşılaşacaq

Azərbaycan Basketbol Liqası: Son çempion “Xırdalan”a qarşı

Konya şəhərində "Anadolu Ankası - 2024" beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir VİDEO

Çempionlar Liqası: İlk finalçı bu gün Parisdə bəlli olacaq

Azərbaycan ilə Slovakiya arasında sənədlər imzalanıb

Dünya birjalarında neft bahalaşıb

Macarıstan Aİ-də işçi qüvvəsinin dəyərinə görə sonuncu yerlərdən birini tutur

AZAL Bakı və Dubay arasında uçuşlara xüsusi təkliflər edir

Paytaxtın üç rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Media: Rəfah keçid məntəqəsi işini dayandırıb

Azərbaycanın milli geyimi ABŞ-da nümayiş olunub VİDEO

İlon Mask: Bəşəriyyət yadplanetli sivilizasiyaların əlamətlərini tapa bilər

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Dopinqə görə uzaqlaşdırılan Pol Poqba futbol məşqçisi rolunda filmə çəkilir

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - YENİLƏNİB

ABŞ 10 il ərzində texnoloji rəqabət qabiliyyətinə 3,5 trilyon dollar sərmayə qoyacaq

“İlin yeni oyunçusu” mükafatının qalibi müəyyənləşib

Yaponiya Avstraliyaya hərbi gəmilər vermək istəyir

Hər yüz uşaqdan birində “sədəf” xəstəliyi var

“Mançester Yunayted” Premyer Liqada tarixinin ən pis göstəricisini əldə edib

Türkiyənin bir sıra rayonlarında təkrar bələdiyyə seçkiləri keçiriləcək

Superliqa: “Fənərbağça” səfərdə vacib xal itirib

Azərbaycanlı tələbələrin filmləri Qazaxıstanda mükafat alıb

Türkiyə Prezidenti: İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq

Fransada antisemitizm hadisələri 4 dəfə artıb

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Şolts: 35 min alman hərbçisi lazım gələrsə, müttəfiqlərə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib VİDEO