ÖTƏN AY 2 MİNA-PHS HADİSƏSİ BAŞ VERMİŞDİR
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) AZƏRTAC-a bildirmişlər ki, 2001-ci ilin sentyabrından müxtəlif mənbələrə istinad edilməklə aparılan statistikaya görə, 97 mina və partlamamış hərbi sursat (mina-PHS) hadisəsində 57 nəfər həlak olmuş, 133 nəfər müxtəlif dərəcəli xəsarət almışdır.
2008-ci ilin fevral ayı ərzində 2 mina-PHS hadisəsi qeydə alınmışdır.
Hadisələrdən biri Füzuli rayonunun Kərimbəyli kəndi ərazisində həyətyanı sahədə təmizlik işləri aparılarkən baş vermişdir. Partlayış nəticəsində 2 nəfər xəsarət almışdır.
Digəri isə Ağdam rayonunun Çıraqlı kəndi ərazisində qeydə alınmışdır. 1970-ci il təvəllüdlü Cəfərov Nəbi Xasay oğlu traktorla yer şumlayarkən tank əleyhinə minaya düşmüşdür. Partlayış nəticəsində N.Cəfərov yüngül xəsarət almış, traktor isə tamamilə yanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]