İQTİSADİYYAT
Ötən ay bitkiçilik və heyvandarlıq məhsullarının qiymətləri ucuzlaşmışdır
Bakı, 4 avqust (AZƏRTAC). Cari ilin iyulunda bitkiçilik və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 3,4 faiz ucuzlaşmışdır.
Birillik bitkilərdən arpanın istehsalçı qiymətləri 1,1 faiz, buğdanın 5,6 faiz, yaşıl paxlalı tərəvəzlərin 25,8 faiz, qabıqdan çıxarılmış, qurudulmuş paxlalı tərəvəzlərin 0,9 faiz, kələmin 1,8 faiz, kartofun 0,2 faiz, soğanın 5,8 faiz, bibərin və pomidorun müvafiq olaraq 28,6 və 13,6 faiz, badımcanın 34 faiz, qarpızın 39,3 faiz, yemişin 12,3 faiz, quru otunku isə 2 faiz ucuzlaşmışdır.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, diri heyvanlar və heyvandarlıq məhsullarının qiymətində də ucuzlaşma qeydə alınmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [16:23]
Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar
- 07.05.2024 [14:28]
Dərinsulu Günəşli platformasının profilaktik işlər proqramı başa çatıb
- 07.05.2024 [13:27]
Laos Azərbaycanın təcrübəsindən yararlanmaq istəyir
- 07.05.2024 [13:19]
AMB: Bugünkü hərracda tələb 75 milyon dolları ötüb
- 07.05.2024 [12:45]