DÜNYA
ÖTƏN BİR İLDƏ 5 MİNƏDƏK AMERİKALI FASTFUDUN QURBANI OLMUŞDUR
Bakı, 25 iyun (AZƏRTAC). ABŞ-ın Ərzaq Məhsullarına və Dərmanlara Nəzarət İdarəsinin açıqladığı məlumata görə, ötən ilin mayından bu ilin mayınadək ölkənin çevik xidmət restoranlarında (fastfud) ümumən 300 adam zəhərlənmiş, o cümlədən 5 min nəfər dünyasını dəyişmişdir.
Fastfud restoranlarında, habelə steyk-hauslarda yeməyə üstünlük verənlər üçün zəhərlənmə riski daha yüksəkdir.
ABŞ-da yeməkdən zəhərlənmə problemi Konqresin müzakirəsinə çıxarılacaqdır. Ərzaq məhsullarının saxlanılmasının, daşınmasının və satışının yeni standartlarını hazırlamaq, iaşə obyektləri sahiblərinin məsuliyyəti qaydalarını sərtləşdirmək nəzərdə tutulur.
Amerika Tibb Assosiasiyası ekspertlərinin hesablamalarına görə, ölkənin 400 minədək sakini toksikofobiyadan, yəni zəhərlənmə qorxusundan əziyyət çəkir. Onların yarısından bir qədər az hissəsi tanımadığı yerlərdə yeməkdən imtina edir.