CƏMİYYƏT
Ötən gün baş vermiş 5 yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər ölüb
Bakı, 18 oktyabr, AZƏRTAC
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün qeydə alınmış 67 cinayət faktından 31-nin üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 31 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Respublikanın avtomobil yollarında baş vermiş 5 yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər ölüb, 8 nəfər isə xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli 5 fakt müəyyənləşdirilib.
Cinayət törətdiklərinə görə 46 nəfər tutulub.