CƏMİYYƏT
Ötən gün baş vermiş altı yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb
Bakı, 11 fevral, AZƏRTAC
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün qeydə alınmış 110 cinayət faktından 49-nun üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 20 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Respublikanın avtomobil yollarında baş vermiş altı yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb, dörd nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli 15 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 65 nəfər tutulub.