İQTİSADİYYAT
Ötən il xidmət sektorlarında işləyənlərin 1,8 faizi informasiya və rabitə sahələrində fəaliyyət göstərib
Bakı, 16 mart, AZƏRTAC
Ötən il xidmət sektorlarında işləyənlərin 1,8 faizi informasiya və rabitə sahələrində çalışıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında icmal hesabatında bildirilir.
2021-ci ildə xidmət sahəsində işləyənlərin 19,6 faizi təhsil, 18,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,1 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,6 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 5 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 4,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 3,2 faizi istirahət, əyləncə və incəsənət, 1,9 faizi maliyyə və sığorta fəaliyyəti, 1,7 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar və 1 faizi digər sahələrdə xidmətlərin göstərilməsi sahələrinin payına düşür.