Otuz aztəminatlı ailəyə humanitar yardım göstərilib
Bakı, 4 yanvar, AZƏRTAC
Bakıdakı Mixail Arxangel Kilsəsinin prixodu İsa peyğəmbərin mövludu günü ilə bağlı xeyriyyə aksiyası keçirib.
AZƏRTAC Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan yeparxiyasının saytına istinadla xəbər verir ki, məbədin baş keşişi, xeyriyyə və sosial xidmət üzrə yeparxial şöbənin rəhbəri protoiyerey Mefodi Əfəndiyev və eyniadlı prixod şöbəsinin rəhbəri Emil Larionov Bakı şəhərinin Rus icmasının Nizami şöbəsində aztəminatlı ailələrlə görüşüblər. Otuz aztəminatlı ailəyə humanitar yardım - “VTB - Azərbaycan” bankının dəstəyi və iştirakı ilə toplanan ərzaqlar paylanılıb, 50 uşağa isə xeyriyyəçilərin dəstəyi ilə Milad hədiyyələri verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:13]
Autizmli gənclər iş təcrübələrini bölüşüblər
- 15.10.2026 [17:24]
Azərbaycanlı həkim London Kral Həkimlər Kollecinin fəxri adına layiq görülüb
- 15.10.2026 [16:41]