MƏDƏNİYYƏT
Oxucular arasında bədii qiraət müsabiqəsinin seçim turu təşkil edilib
Bakı, 15 noyabr, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanasında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair, dramaturq Hüseyn Cavidin anadan olmasının 140 illiyi ilə əlaqədar oxucular arasında keçirilən bədii qiraət müsabiqəsinin MKS üzrə seçim turu təşkil olunub.
AZƏRTAC xəbər verir ki, müsabiqə zamanı məktəblilərin ifasında Hüseyn Cavid yaradıcılığından parçalar səslənib.
Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının 11-ci sinif şagirdi Məlahət Kazımova qalib seçilərək Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan kitabxanalararası şəhər turuna vəsiqə qazanıb.
Digər oxucular isə müsabiqədə fəal iştirak etdiklərinə görə Fəxri fərmanlarla təltif olunublar.