Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Oxunması zəruri olan kitablar gənc nəsildə milli köklərə bağlılığın formalaşdırılmasına əsaslı təsir göstərəcək

Naxçıvan, 31 avqust, AZƏRTAC

Bu günlərdə muxtar respublikamızda intellektual gələcəyimizin daha mükəmməl şəkildə formalaşdırılmasına hesablanmış mühüm bir addım atıldı. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə “Oxunması zəruri olan kitabların Siyahısı”nın təsdiq edilməsi təkcə muxtar respublikamızın deyil, ölkəmizin təhsil işçiləri, tanınmış ziyalıları tərəfindən alqışlarla qarşılandı. Hər kəs həmin siyahıda yer alan 30 kitabın hamısının mükəmməl seçim olduğu qənaətini bölüşdü. Çünki bu kitablar gənc nəsildə vətənpərvərliyin, tarixə, milli köklərə bağlılığın formalaşdırılmasına əsaslı təsir göstərəcək ideoloji mənbələr rolunu oynayır, onların kənar təsirlərdən qorunması üçün dünyagörüşünü zənginləşdirir, dövlətə, dövlətçiliyə, Vətənə, xalqa bağlılıq hisslərini aşılayır.

Kitab və mütaliənin təbliği bu gün xüsusi əhəmiyyət kəsb edən məsələlərdən biridir. Çünki bu məsələ uşaqların, yeniyetmə və gənclərin, ümumilikdə isə cəmiyyətimizin və dövlətimizin gələcəyi ilə bağlıdır. Ona görə də əhalinin bütün kateqoriyalarının kitabxanalara cəlb edilməsi işinə əhəmiyyət verilməklə yanaşı, əsas diqqət uşaq, yeniyetmə və gənclərin mütaliəsinə yönəldilir. Uşaq və yeniyetmələrin mütaliə xarakteri isə hər gün dəyişir: uşaqlar üçün kitabı müstəqil seçmək heç də həmişə asan olmur. Yəni mütaliəyə yeni başlayan istənilən oxucu bəzən özü də nə istədiyini, nə oxuyacağını bilmir. Təbii ki, əgər söhbət məktəb tapşırığından, konkret mövzu və ya artıq formalaşmış maraqdan gedirsə problem yaranmır. Lakin sərbəst oxu zamanı kitab seçimi asan olmur və mütəxəssis köməyinə ehtiyac yaranır. Bu mənada, hər hansı bir kitabın və ya kitabların tövsiyə olunması böyük əhəmiyyət kəsb edir.

Ekspertlərin ümumi rəyi budur ki, müasir dövrümüzdə informasiyanın axtarışı, seçilməsi, qiymətləndirilməsi vərdişlərinə yiyələnmədən həyat və fəaliyyətin istənilən sahəsində uğur əldə etmək qeyri-mümkündür. Bu vərdişlərin reallaşması üçün şəxsin mütaliə və informasiya mədəniyyətinin yüksək səviyyədə olması mühüm şərtdir. Bunun üçün başlanğıcda Siyahıda qeyd olunan oxunması zəruri olan kitablara üstünlük verilməsi fərdin sonrakı seçimlərinin düzgün olmasına zəmanət verir.

Mütaliənin məqsədləri müxtəlif ola bilər. Məsələn, təhsil, funksional savadlılığın, ümumtəhsil bacarıqlarının formalaşdırılması, yeni biliklərin öyrənilməsi, idraki tələbatın ödənilməsi, yaradıcı fəallığın stimullaşdırılması, ədəbi qəhrəmanların təcrübəsinin mənimsənilməsi yolu ilə şəxsiyyətin sosial inkişafı və sair bunlardan bir neçəsidir. Yəni, unutmaq olmaz ki, mütaliə mədəniyyəti şəxsin informasiya mədəniyyətinin tərkib hissələrindən biri kimi sosial əhəmiyyətli və digər məqsədlərə nail olmaq üçün məqsədyönlü mütaliə üzrə bilik, bacarıq və vərdişlərin məcmusudur. Ona görə də mütaliəyə sövqetmə intellektual inkişafın təkanverici qüvvəsinə çevriləcək ki, bu da insanların mədəni ünsiyyətinə, gənclərin doğru peşə seçiminə, faydalı işlə məşğul olmalarına gətirib çıxaracaq. Çünki bütün biliklərin və mənəvi dəyərlərin ilkin mənbəyi kitablardır. Kitablar insanın ruhunu təmizləyir, həyata tamam başqa gözlə baxmağa vadar edir, cahili müdrikləşdirir, nitqi məntiqlə zənginləşdirir. Onlar hər zaman yanımızdadır, ən sadiq dostlarımızdır. Hər hansı bir məlumat öyrənmək istəsək, kitablar köməyimizə çatır, bütün suallarımızı cavablandırır. “Oxunması zəruri olan kitabların Siyahısı”nda yer alan kitablar bu baxımdan da önəmlidir.

Digər tərəfdən, yaşadığımız dövrün siyasi, iqtisadi, hüquqi və ekoloji məsələləri gənc nəslin təlim-tərbiyəsində bir sıra istiqamətlərə diqqət yetirilməsini zərurətə çevirir. Buna görə də, məqsədyönlü maarifləndirmənin davam etdirilməsi, gənc nəslə zəngin milli və mənəvi dəyərlərimizin aşılanması, onların ictimai həyata adaptasiyası üçün lazımi addımların vaxtında atılması, xalqımızın adət-ənənələrini, tarixini, mədəniyyətini dolğun şəkildə əks etdirən kitabların oxunması təmin edilməli, gəncliyimizin bu gündən sağlam ruhda tərbiyə edilməsi prosesi diqqətdə saxlanılmalıdır. Bu baxımdan ziyalılarımız “Oxunması zəruri olan kitabların Siyahısı”nda yer alan nəşrləri bu nöqteyi-nəzərdə əsaslı mənbə hesab edirlər.

Məsələn, həmin siyahıda birinci sırada yer alan kitab Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Yeni 2001-ci il, Yeni əsr və Üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciətidir. Bu müraciətdə milli tariximizin bütün dövr və mərhələlərinə yüksək peşəkarlıqla qiymət verilib, geridə qalan əsrlərdə baş vermiş ictimai-siyasi proseslər barədə obyektiv mülahizələr səsləndirilib və gələcək inkişaf yolları müəyyənləşdirilib. Digər tərəfdən, “Kitabi-Dədə Qorqud” dastanı, Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poeması, “Nizaminin hikmət və nəsihətləri”, Nəsirəddin Tusinin “Əxlaqi-Nasiri”, Məhəmməd Tağı Sidqinin “Məktəb hekayələri”, Hüseyn Cavidin “Azər” poeması, Cəlil Məmmədquluzadənin “Hekayələr”, Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanı və adını qeyd etmədiyimiz digər mühüm kitabların hər biri tərbiyəvi əhəmiyyəti ilə seçilməklə yanaşı, insanın mənəvi cəhətdən zənginləşməsinə, adət-ənənələrimizə, milli əxlaqi dəyərlərimizə sədaqətli olmasında, dünyagörüşünün formalaşmasında əsaslı rol oynayırlar. Siyahıda qeyd olunan kitabları oxuyan istənilən gənc Vətənə olan sevginin müqəddəsliyini dərindən anlayacaq, Vətən, xalqı naminə çalışacaq, cəmiyyətə yararlı bir fərd kimi ölkəmizin inkişafında iştirak edəcək, müstəqil bir dövlətdə yaşamağın əhəmiyyətini dərk edəcək, kənar təsirlərə qarşı onda milli immunitet yaranacaqdır.

Görkəmli fransız filosofu və yazıçısı Deni Didro deyirdi: “Hər kim kitab oxumursa, o, düzgün fikirləşə bilməz”. Doğrudan da, ən dərin bilik, elmi dünyagörüşü, Vətən sevgisi məhz mütaliə yolu ilə yaranır. Vətəni naminə inamla çalışan, fədakarlıq göstərən böyük şəxsiyyətlərin həyatlarına nəzər yetirdikdə, onların hərtərəfli inkişafında mütaliənin əhəmiyyətli rol oynadığını aydın şəkildə görmək mümkündür. Ulu öndərimiz Heydər Əliyevin kitaba və mütaliəyə verdiyi dəyər bu baxımdan ən gözəl nümunədir. Azərbaycan mədəniyyətinin inkişafına, milli və mənəvi dəyərlərimizin mühafizə olunaraq gələcək nəsillərə çatdırılmasına böyük diqqət və qayğı ilə yanaşan ümummilli liderimiz kitab nəşrinə, mütaliə mədəniyyətinin inkişafına həmişə böyük qayğı göstərib. Kitabı mənəvi zənginliyin və elmlərə yiyələnməyin mühüm açarı hesab edən dahi şəxsiyyət daima gəncləri və ətrafındakı insanları mütaliə etməyə dəvət edib, həyatda kamil insan kimi yetişməyin, zəngin biliklərə yiyələnməyin yeganə yolunun mütaliədən keçdiyini vurğulayıb.

Məlum səbəblərdən kitab çapının azaldığı illərdə - 1995-ci ildə öz şəxsi kitabxanasından 300 nüsxədən çox qiymətli kitabı Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasına hədiyyə edən ulu öndərimiz həmişə gənclərə biliklərini artırmağı tövsiyə edib. Onun Milli Kitabxananın fonduna bağışladığı kitab kolleksiyasının tərkibinə nəzər salarkən oradakı çoxsahəlilik və yüksək mütaliə mədəniyyəti diqqəti cəlb edir. Həmin kitabların içərisində incəsənətə, mədəniyyətə, arxitekturaya, Azərbaycan tarixinə, coğrafiyasına, ədəbiyyatşünaslığa, milli adət və ənənələrimizə, kənd təsərrüfatına, İslam dininə və müxtəlif dinlərə, dünya ölkələrinin tarixinə və ictimai həyatına, Qarabağın tarixinə və probleminə dair Azərbaycan, rus və dünya klassiklərinin və müasir yazıçıların əsərlərinə, uşaq ədəbiyyatı nümunələrinə və digər nəşrlərə rast gəlmək olur.

Ulu Öndərin bütün elmlərə vaqif olduğunun hər birimiz dəfələrlə şahidi olmuşuq və bir sıra xarici jurnalistlərin Ona verdikləri - “Siz hər bir sahənin mütəxəssisi ilə onların özü kimi mühakimə yürüdə bilirsiniz. Bu qabiliyyət Sizdə haradandır?” - sualına dahi rəhbər cavab verdi ki, “Hər sahəyə dair çoxlu sayda kitab oxumaq və zəngin həyat təcrübəsinə malik olmaq lazımdır”.

Məhz buna görə də aqillər kitabı bilik, zəka, idrak mənbəyi, kamillik vasitəsi hesab edirlər. Çünki insanlar ən yüksək keyfiyyətləri, əsl təhsili yalnız mütaliə etməklə qazanırlar. Kitab oxumaq insanın ruhunu qidalandıran, daxilindəki mənəvi boşluğu dolduran çox əhəmiyyətli bir vasitədir. Bütün istiqamətlərdə inkişafın ancaq elmi əsaslarla mümkün olduğu müasir dövrdə cəmiyyətimizdə mütaliə mədəniyyətinin inkişafı xüsusilə əhəmiyyət kəsb edir.

Bu gün dövlət tərəfindən insanların kitab oxumağı, mütaliə etməyi üçün hər cür şərait yaradılıb. Oxucunun hərtərəfli biliyə sahib olması üçün dünyanın əksər qabaqcıl elm və ədəbiyyat xadimlərinin əsərləri muxtar respublikamıza gətirilib və bu proses davam edir. Əvvəllər ölkədə, o cümlədən qədim diyarımızda Azərbaycan dilində kitab azlıq təşkil edirdisə, indi belə bir problem birmənalı şəkildə yoxdur. Muxtar respublikamızın istənilən kitabxanasında müxtəlif sahələrə aid ədəbiyyat tapmaq mümkündür. 2016-cı ilin statistik göstəricilərinə əsasən, muxtar respublikada kitabxana fondlarının sayı 2 milyon 126 min 300 nüsxə çap məhsulu təşkil edir. Bu, sovet dövründə muxtar respublikada mövcud olan kitabların sayından 100 dəfəyədək çoxdur. 2017-ci ilin yanvar ayından etibarən isə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən kitabxanalara 10 min 898 nüsxə çap məhsulu paylanıb. Hazırda Naxçıvan şəhərində yerləşən Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının fondunda 86 min 310 xarici, 80 min 43 Azərbaycan dilində olmaqla, ümumilikdə, 166 min 353 nüsxə çap məhsulu mühafizə olunub saxlanılır. Onu da vurğulayaq ki, bu gün bəzi ölkələrdə Naxçıvan Muxtar Respublika Kitabxanasındakı kitabların sayı qədər, bəzi ölkələrin şəhərlərində isə muxtar respublikanın istənilən dağ kəndinin kitabxanasında olan kitabların sayı qədər nəşr yoxdur.

Yeri gəlmişkən, müxtəlif növ informasiya resurslarını mühafizə edib ictimai istifadəyə təqdim edən, oxuculara kitabxanalardan, kitab və digər informasiya mənbələrindən istifadə qaydalarını öyrədən kitabxanalar mütaliənin təbliği prosesində mühüm rol oynayırlar. Müasir kitabxana istifadəçilərin və bütün yerli əhalinin mütaliəyə olan tələbatını ödəyir, mütaliə və informasiya mədəniyyətini formalaşdırır. Dahi şəxsiyyətin “Kitabxana xalq, millət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir...” sözləri bu gün muxtar respublika timsalında öz təsdiqini tapıb.

Cəmiyyətin inkişafında, şəxsiyyətin formalaşmasında böyük rol oynayan vasitə kitab olduğu kimi, həmin vasitə ilə oxucu arasında körpü yaradan da məhz kitabxanalardır. Bu gün muxtar respublikamızın bütün bölgələrində mütaliə mərkəzləri sayılan belə mədəniyyət müəssisələri fəaliyyət göstərir. Hazırda doğma diyarımızda 234 kitabxana 160 mindən çox oxucusuna uğurla xidmət göstərir.

Ötən illər ərzində Naxçıvan Muxtar Respublikasında kitabxana işinin müasir standartlar səviyyəsində qurulması diqqət mərkəzində saxlanılıb və muxtar respublikada kitabxanaların elektronlaşdırılması üçün məqsədyönlü addımlar atılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının 90 illik yubileyinin keçirilməsi haqqında” 19 aprel 2012-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş Tədbirlər Planına əsasən, Naxçıvan Muxtar Respublika Kitabxanasının bazasında Elektron kitabxana yaradılıb.

2012-ci il dekabrın 3-də Məmməd Səid Ordubadinin 140 və ədibin adını daşıyan Naxçıvan Muxtar Respublika Kitabxanasının 90 illik yubiley tədbirləri keçirilib, elektron kitabxananın təqdimatı olub, www.­e-kitab.nakhchivan.az internet saytı istifadəyə verilib.

Elektron arxiv və elektron kitabxana sisteminin yaradılması istiqamətində növbəti addım isə Naxçıvanşünaslıq Mərkəzinin istifadəyə verilməsi olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci il 17 fevral tarixli Sərəncamı ilə Naxçıvanşünaslıq Mərkəzi yaradılıb. Mərkəz, onun kitabxanası və arxivi ən müasir informasiya avadanlıq və daşıyıcıları ilə təmin olunub, elektron kitabxana və elektron arxiv yaradılıb, internet saytı fəaliyyətə başlayıb.

2013-cü ildə Naxçıvan Dövlət Universitetinin Elektron kitabxanasının açılışı olub, yeni internet saytı təqdim edilib. Həmin il sentyabrın 4-də isə muxtar respublikamızda daha bir elektron kitabxananın - Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Elektron kitabxanası və internet səhifəsi istifadəçilərə təqdim edilib. Göründüyü kimi, elektron kitabxananın yaradılması və inkişafı istiqamətində muxtar respublikada əhəmiyyətli işlər görülüb. Bu da lazım olan kitabların elektron resurslardan əldə edilməsinə də şərait yaradıb.

Bütün görülən bu işlər, heç şübhəsiz ki, informasiya cəmiyyətinin inkişafına, gələcəyimiz olan gənclərin hərtərəfli bilik və dünyagörüşünə malik insanlar kimi yetişməsinə əhəmiyyətli təsirini göstərir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı bu istiqamətdə görülən işlərin davamı olmaqla yanaşı, həm də gənclərin Azərbaycançılıq ideologiyasına bağlı, Vətənə, xalqa sədaqət ruhunda tərbiyəsində mühüm rol oynayacaqdır.

Rauf Kəngərli

AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosunun rəhbəri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən REPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan “yaşıl dəhliz” layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub VİDEO

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib

Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir

Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib

Xankəndi Şəhər Prokurorluğu yaradılır – SƏRƏNCAM

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri Azərbaycanda tolerantlıq sahəsində görülən işlər barədə məlumatlandırılıb

Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“ArchiVision WeekEND Camp” çərçivəsində Şəkidə panel müzakirələr və tələbələrin vörkşopu təşkil olunub VİDEO

Myanmanın şimalında nəsli kəsilməkdə olan quş aşkarlanıb

Stirlinq Fondu Azərbaycanın mina təhlükəsi ilə mübarizəsinə növbəti maliyyə dəstəyini göstərmək niyyətindədir

“Küləyə qalib gəl” şüarı altında keçiriləcək Bakı Marafonunun iştirakçılarına hava şəraiti ilə bağlı TÖVSİYƏ

“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib

Norveçli səyyah: Dəqiq mina xəritələrinin təqdim olunması çox sayda insanın həyatını xilas edər VİDEO

Səbail rayonunda quldurluq edən şəxs saxlanılıb

Paytaxtda növbəti ağacəkmə aksiyası keçirilib

Ulu Öndərin ildönümünə həsr olunan mini-futbol turniri keçirilir

Milli Xalça Festivalının açılış mərasimi olub VİDEO

Növbəti rəqəmsal SAT imtahanı keçirilib

Kamila Vaden: Ərazilərin minalardan təmizlənməsinə şahidlik etmək bizi çox sevindirir VİDEO

 Bəzi yerlərdə intensiv yağış, yüksək dağlıq ərazilərdə isə sulu qar yağacaq

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması imtahanında 189 nəfər müvəffəqiyyət qazanıb

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək

Dialoq Forumunun gündəliyindəki məsələlər Azərbaycanın yeni çağırışların qarşısının alınmasına hərtərəfli töhfəsindən xəbər verir - ŞƏRH

Bakıda qonaqpərvərlik sahəsi üzrə karyera sərgisi təşkil olunub

Ekspert: Elektrik və qazpaylayıcı şəbəkələrdə yeni tənzimləmələr xərclərin optimallaşdırılmasına təsirini göstərəcək

DİN: Keyfiyyətsiz yuyucu vasitələr hazırlayan gizli sex aşkarlanıb VİDEO

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunun ilk qalibləri mükafatlandırılıblar

Avropa Komissiyası fermerlərə yardımı davam etdirəcək

Mingəçevirdə Ümummilli Liderə həsr olunan respublika elmi konfransı keçirilib

Tramp seçkiqabağı sorğularda Baydendən 10 faiz önə çıxıb

Təhsil proqramının məzmunu dəyişdirilmədən ixtisasın adı dəyişdirilə bilərmi?

Gənc bioloqlardan “Biz irəlidəyik” adlı ekoloji aksiya təşəbbüsü

HƏMAS nümayəndələri atəşkəs danışıqları üçün Qahirəyə gedib

BMT-nin Baş katibi: Ekoloji böhran jurnalistlərin ən prioritet sahəsi olmalıdır

Yeni ixtisasların açılmasına dair ümumi tələblər müəyyən edilib

Rusiyalı ekspert: Azərbaycanın böyük yaşıl enerji potensialı var – MÜSAHİBƏ

“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

FIFA futbolda inqilabi dəyişikliyə hazırlaşır

“Yeni təhsil proqramlarının açılması Qaydaları” təsdiq edilib

ABŞ-da aprel ayında işsizlik səviyyəsi 3,9 faizə yüksəlib

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Ekspertlər: Stresə qalib gəlməyin pulsuz və sadə üsulu tapılıb

Azərbaycanın qrup hərəkətləri komandası Avropa Kubokunda bürünc medal qazanıb

Ötən müddətdə “Könüllü DOST” proqramına 4,8 min nəfərdən çox şəxs cəlb edilib

Xarici səyyahlar Cəbrayılda minatəmizləmə əməliyyatları barədə məlumatlandırılıb VİDEO

Nigeriyada kəndlərə hücum edən silahlılar 25 nəfəri öldürüb

Norveçli səyyah: Qarabağ və Şərqi Zəngəzur gözəl təbiətə malikdir

Bakıdakı Rus evində “Rus dilinin elçiləri” maarifləndirici tədbirlər keçiriləcək

Faktiki hava: Bəzi yerlərə arabir yağış, Şahdağa isə qar yağıb

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“Boeing” kosmosa ilk astronavtlarını göndərir

“Samsung” kompaniyası İsrail bazarını tərk edir

Futzal üzrə Azərbaycan Tələbə Liqasına yekun vurulub, qaliblər mükafatlandırılıb

Səttar Bəhlulzadənin 115 illiyi ilə əlaqədar uşaqlar arasında rəsm sərgisi başa çatıb

Avropa Cüdo Birliyinin rəsmisi: Azərbaycan dünyada böyük yarışlara ev sahibliyi etməklə məşhurdur

“Circus Sea Breeze” arenasında beynəlxalq sirk proqramı təqdim ediləcək

Fernando Lottenberq: Azərbaycanda antisemitizmin baş verməməsi tolerantlığın parlaq nümunələrindəndir

Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində

“ANİMAFİLM festivalı regionlarda” layihəsi davam edir

Rəhman Hacıyev: “Qarabağın rəngləri” layihəsi Qarabağın yalnız mədəni dirçəlişinə deyil, həm də fiziki olaraq bərpasına töhfə verir

DİN: Ötən gün 33,8 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

Blinken: Vaşinqton HƏMAS-dan müsbət cavab gözləyir

Azərbaycanlı qida mütəxəssisi Mərakeşdə keçirilən festivalda iştirak edib

Argentinanın etiqad işləri üzrə katibi Azərbaycanda tolerantlığın qorunub saxlanılmasını yüksək qiymətləndirib

Dövlət Xidməti: Bir sıra bank və müəssisələrə aid çoxsaylı konfidensial məlumatlar ödənişsiz platformalarda dərc olunur

Nigeriyada qızılca xəstəliyindən bir həftədə 42 nəfər ölüb

Berlində “Diehl” müdafiə konserninin binası yanıb

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Premyer Liqa: Bu gün “Qarabağ” – “Neftçi” oyunu keçiriləcək

Rusiyalı deputat: “Bakı Prosesi” özünü qlobal platforma kimi tanıtdı

Xankəndidə bir həftə ərzində xeyli sayda silah-sursat və partlayıcı maddələr aşkarlanıb