MƏDƏNİYYƏT
“Öz məşəlini alovlandır!”
“Buranovskiye babuşki” fanatlar və jurnalistlər arasında səsvermənin lideridir
Bakı, 15 may (AZƏRTAC). AZƏRTAC xəbər verir ki, “Buranovskiye babuşki” Bakıda keçiriləcək “Eurovision-2012”-nin mətbuat mərkəzində fan-klubun üzvlərinin və jurnalistlər arasında təşkil olunmuş səsvermənin nəticələrinə görə birinci yarımfinalın iştirakçıları arasında liderdirlər.
Mayın 15-də saat 13.00-a olan məlumata görə, Rusiya təmsilçiləri 62 səslə birinci yerdədirlər. İkinci yeri Rumıniyanın “Mandinga” qrupu tutur. Qrup 59 səs toplamışdır. İrlandiyanın “Jedward” qrupu 56 səslə üçüncüdür.
Səsvermə mətbuat mərkəzi bağlananadək davam edəcək və günün sonunda başa çatacaqdır.