MƏDƏNİYYƏT
“Öz məşəlini alovlandır!”
Estoniyanın “Eurovision-2012” mahnı müsabiqəsindəki təmsilçisi Bakı səhnəsinin üstünlüklərindən danışmışdır
Bakı, 10 aprel (AZƏRTAC). Estoniyanın “Eurovision-2012” mahnı müsabiqəsindəki təmsilçisi Ott Lepland Bakı səhnəsinin imkanlarından danışmışdır.
AZƏRTAC eurovision.az saytına istinadla xəbər verir ki, Ott Lepland Bakı səhnəsində böyük imkanlarla qarşılaşacağına əmin olduğunu bildirmişdir. Müğənni demişdir ki, Bakı səhnəsi Estoniyadakından işıq effektləri və digər vacib məqamları ilə üstün olacaqdır. Buna görə də Ott Lepland performansını mükəmməl şəkildə yerinə yetirəcəyinə əmindir.
Estoniya təmsilçisi 57-ci “Eurovision” mahnı müsabiqəsində ifa edəcəyi “Kuula” mahnısını 5 dildə hazırlamağı düşünür. Artıq bu mahnı eston və ingilis dillərində təqdim edilmişdir. Növbədə ispan və rus dilləridir.
Estoniya təmsilçisi “Baku Crystal Hall”ın səhnəsinə mayın 24-də keçiriləcək ikinci yarımfinal zamanı 14-cü çıxacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [16:38]
"Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş konsert
- 07.05.2024 [16:37]
Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb
- 07.05.2024 [15:40]
Ölkəmiz Ankarada beynəlxalq mədəniyyət festivalında təmsil olunub
- 07.05.2024 [12:43]
Azərbaycanda ilk dəfə keçirilən Milli Xalça Festivalı yekunlaşıb
- 07.05.2024 [12:28]